Koroğluda piyadanı vuran şəxs futbolçu imiş - FOTO
28 Aprel 2026, 00:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3562
14.02.2026, 19:23
Maliyyə naziri Sahil Babayev tərəfindən imzalanan son qərara əsasən Dövlət Xəzinədarlıq Agentliyinin (DXA) regional idarələri ləğv ediləcək və fəaliyyət mərkəzləşdirilmiş, daha çevik idarəetmə modeli çərçivəsində davam etdiriləcək.
Nazirlik rəsmisi Mayis Piriyev bildirib ki, bu islahat dövlət maliyyəsinin idarə olunmasında rəqəmsallaşmanın genişləndirilməsi, büdcə vəsaitlərinin ünvanlı və səmərəli istifadəsinin təmin edilməsi məqsədini güdür. Yenidən təşkil olunan strukturlarda isə əməkdaşların hüquq və əmək münasibətləri normativ hüquqi aktlara uyğun tənzimlənəcək.
DXA-nin regional idarələrinin ləğvi və mərkəzləşdirilməsi dövlət büdcəsinin idarə olunmasında səmərəliliyi necə artıracaq? Bu dəyişikliklərin işçilərə təsiri hansı şəkildə qiymətləndirilə bilər?
Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, Dövlət Xəzinədarlıq Agentliyində regional idarələrin ləğv edilərək mərkəzləşdirilmiş modelə keçilməsi dövlət maliyyə idarəçiliyinin struktur və texnoloji modernləşdirilməsi istiqamətində atılmış mühüm addımdır:
“Bu qərar fiskal idarəetmənin daha çevik, operativ və rəqəmsal əsasda qurulmasına xidmət edir. Səmərəlilik baxımından mərkəzləşdirmə idarəetmə proseslərinin sürətləndirilməsinə, vahid qərarvermə mexanizminin formalaşmasına və büdcə əməliyyatlarının vahid platforma üzərindən icrasına imkan yaradacaq. Bu istiqamətdə qərarvermə zəncirinin qısaldılması, təkrar prosedurların aradan qaldırılması və proseslərin vahid mərkəzdən idarə olunması nəticə etibarilə vəsaitlərin hərəkətinin daha şəffaf izlənilməsini və operativ müdaxilə imkanlarının genişlənməsini təmin edəcək”.
İqtisadçının fikrincə, ikinci mühüm istiqamət rəqəmsallaşdırmanın real və sistemli tətbiqidir: “Mərkəzləşdirmə, adətən, elektron xəzinədarlıq sistemlərinin geniş tətbiqi ilə müşayiət olunur. Bu isə kağız sənəd dövriyyəsinin minimuma endirilməsinə, insan faktorundan qaynaqlanan risklərin azalmasına, eləcə də audit və monitorinq imkanlarının genişlənməsinə şərait yaradır. Digər tərəfdən isə struktur dəyişikliyi xərclərin optimallaşdırılmasına və idarəetmə xərclərinin azaldılmasına xidmət edir. Resursların daha məqsədyönlü istifadəsi büdcə vəsaitlərinin səmərəliliyini artırır və maliyyə intizamını gücləndirir”.
Eyyub Kərimli deyib ki, bu tip struktur islahatları, eyni zamanda, kadr siyasətində müəyyən dəyişiklikləri zəruri edir:
“Əməkdaşların yenidən ixtisaslaşması, onların digər struktur bölmələrdə yerləşdirilməsi və rəqəmsal bacarıqlarının artırılması aktuallaşır. Bu yanaşma yeni kadr modelinin formalaşmasına və əməkdaşların sosial təminat mexanizmlərinin qorunmasına da müsbət təsir göstərə bilər”.
01:07 / 28 Aprel 2026
13
00:07 / 28 Aprel 2026
45
23:26 / 27 Aprel 2026
190
22:44 / 27 Aprel 2026
62
22:42 / 27 Aprel 2026
261
22:42 / 27 Aprel 2026
74
22:32 / 27 Aprel 2026
119
22:26 / 27 Aprel 2026
68
22:13 / 27 Aprel 2026
64
22:09 / 27 Aprel 2026
89
22:01 / 27 Aprel 2026
210
21:56 / 27 Aprel 2026
1475
21:53 / 27 Aprel 2026
81
21:52 / 27 Aprel 2026
58
21:43 / 27 Aprel 2026
352
21:40 / 27 Aprel 2026
71
21:38 / 27 Aprel 2026
80
21:27 / 27 Aprel 2026
92
21:15 / 27 Aprel 2026
172
21:02 / 27 Aprel 2026
97
20:45 / 27 Aprel 2026
71
20:30 / 27 Aprel 2026
238
20:22 / 27 Aprel 2026
206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.