İsrailin Azərbaycandakı səfiri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2026, 10:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
543
11.02.2026, 17:45
Mərkəzi Bank ödəniş terminallarının 10 manatlıq əskinasları qəbul etməməsinə aydınlıq gətirib.
Oxu24.com xəbər verir ki, “Yeni Sabah”ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, “Mərkəzi Bankı haqqında” qanunun 36.3-cü maddəsinə əsasən, Mərkəzi Bankın buraxdığı bütün pul nişanları ölkə ərazisində nominal dəyəri ilə hər növ ödənişlər zamanı hökmən qəbul edilməlidir.
Qeyd olunub ki, Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası” Qaydalarına əsasən, banklar tərəfindən istismar olunan nağd pul avadanlıqları – o cümlədən pulsayan, emal edən və qəbul edən (cash-in) avtomatlaşdırılmış qurğular həqiqi milli pul nişanlarını tanımalı, saxta pul nişanlarını isə qəbul etməməlidir.
Mərkəzi Bankdan vurğulanıb ki, kağız milli pul nişanlarının ödəniş terminalları vasitəsilə qəbul olunmaması iki halda mümkün ola bilər:
Həmçinin oxuyun
“Pul nişanı kağız keyfiyyətini itirdikdə, üzərində çirk, ləkə, yapışqan lent və digər yararsızlıq əlamətləri olduqda, yaxud qaydaların tələblərinə uyğun gəlmədikdə və ya həqiqiliyinə dair şübhə yarandıqda;
Ödəniş terminalında texniki nasazlıq və ya proqram təminatı ilə bağlı xəta baş verdikdə.
Terminallar vasitəsilə kağız pul nişanlarının qəbulunda problem yaranarsa, vətəndaşlar avadanlığın yerləşdiyi ünvan və terminalın mülkiyyətçisi olan ödəniş xidməti təchizatçısı barədə məlumatları dəqiq göstərməklə aidiyyəti təşkilata müraciət etməlidirlər”.
10:05 / 08 May 2026
1
09:58 / 08 May 2026
19
09:57 / 08 May 2026
21
09:55 / 08 May 2026
124
09:23 / 08 May 2026
39
00:53 / 08 May 2026
329
00:49 / 08 May 2026
349
00:47 / 08 May 2026
360
00:37 / 08 May 2026
134
00:31 / 08 May 2026
174
00:25 / 08 May 2026
121
23:52 / 07 May 2026
264
23:27 / 07 May 2026
252
23:07 / 07 May 2026
358
22:49 / 07 May 2026
258
22:46 / 07 May 2026
841
22:39 / 07 May 2026
316
22:33 / 07 May 2026
242
22:10 / 07 May 2026
338
21:54 / 07 May 2026
302
21:43 / 07 May 2026
306
21:29 / 07 May 2026
131
21:16 / 07 May 2026
625
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.