Bakıda binada yanğın - ÖLƏN VAR
29 Aprel 2026, 00:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3394
11.02.2026, 16:49
Qeydiyyata alınmamış qrantlara görə inzibati cərimə tətbiq edəcək orqanlar müəyyənləşib.
Oxu24.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının resipiyentləri, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən “Qrant haqqında” qanun ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Fərmana əsasən, bu hallarda inzibati xətalar haqqında işlərə fiziki şəxslərə, habelə bələdiyyələrə, bələdiyyə orqanlarına və dini qurumlar istisna olmaqla digər qeyri-kommersiya qurumlarına münasibətdə Ədliyyə Nazirliyi, banklara və digər ödəniş xidməti təchizatçılarına münasibətdə Mərkəzi Bankı digər kommersiya hüquqi şəxslərinə və publik hüquqi şəxslərə münasibətdə İqtisadiyyat Nazirliyi baxacaq.
Həmçinin oxuyun
İnzibati Xətalar Məcəlləsinə görə, qeyri-hökumət təşkilatları, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Fərmana əsasən, bu hallarda inzibati xətalar haqqında işlərə qeyri-hökumət təşkilatlarına münasibətdə Ədliyyə Nazirliyi, banklara və digər ödəniş xidməti təchizatçılarına münasibətdə Mərkəz Bankı baxacaq.
00:43 / 29 Aprel 2026
8
23:49 / 28 Aprel 2026
19
23:42 / 28 Aprel 2026
37
23:38 / 28 Aprel 2026
46
23:26 / 28 Aprel 2026
118
22:48 / 28 Aprel 2026
59
22:46 / 28 Aprel 2026
93
22:28 / 28 Aprel 2026
133
21:58 / 28 Aprel 2026
58
21:40 / 28 Aprel 2026
74
21:29 / 28 Aprel 2026
93
21:18 / 28 Aprel 2026
70
21:04 / 28 Aprel 2026
93
20:50 / 28 Aprel 2026
92
20:39 / 28 Aprel 2026
99
20:19 / 28 Aprel 2026
83
20:11 / 28 Aprel 2026
144
20:10 / 28 Aprel 2026
77
20:06 / 28 Aprel 2026
60
19:59 / 28 Aprel 2026
77
19:58 / 28 Aprel 2026
79
19:57 / 28 Aprel 2026
66
19:56 / 28 Aprel 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.