Məşhur “makler bibi” VƏFAT ETDİ
05 Mart 2026, 00:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
505
11.02.2026, 15:45
Hər il struktur islahatlarının aparılması, yeni şəxslərin vəzifəyə təyin edilməsi diqqət mərkəzində olub. 2026-cı ilin əvvəlindən bu günə qədər bir sıra vəzifəli şəxslər işdən çıxarılıb və onların yerinə yeni təyinatlar olub.
"Unikal" bu il vəzifəsindən azad olunan və yeni vəzifəyə təyin edilən şəxslərin siyahısını təqdim edir:
Yanvarın 8-də Natiq Həsənov maliyyə nazirinin müavini təyin olunub. O bundan əvvəl Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində işləyib.
Yanvarın 14-də Azər Bayramov Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini təyin edilib. O, 2004-cü ildən 2026-cı il 14 yanvar tarixinədək Azərbaycan Respublikası maliyyə nazirinin müavini, eyni zamanda Büdcə Gəlirlərinin Proqnozlaşdırılması üzrə Komissiyanın sədri vəzifələrində işləyib. A.Bayramov xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.
Yanvarın 16-da Rauf Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Elə həmin gün Əfqan Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri təyin olunub. Ə.Cəlilov bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini idi.
Yanvarın 26-da Zaur Əliyev kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. O bundan əvvəl nazirin müşaviri vəzifəsində çalışırdı.
Eyni tarixdə Seymur Səfərli kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olunub. S.Səfərli bu təyinatadək Nazirliyin "Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri vəzifəsində işləyib.
Yanvarın 27-də Sarvan Cəfərov kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib. Cəfərov 2020-ci ildən nazir müavini idi.
Yanvarın 30-da Süleyman Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. S.Mikayılov həmin vəzifəyə 2010-cu il martın 4-də təyin olunmuşdu. Hələlik onun yerinə təyinat yoxdur.
Həmçinin oxuyun
Fevralın 6-da Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad olunub. Onun yerinə Vüsal Nəsirli AAYDA-nın İdarə Heyətinin sədri təyin edilib. Bu təyinatadək V.Nəsirli əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.
Fevralın 9-da Cabbar Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə C.Musayev Naxçıvanın Baş naziri təyin olunub. O, 2024-cü ildə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
Fevralın 9-da Tahir Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Fevralın 10-da Azər Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib. A.Mursaqulov 2019-cu ildən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsində işləyirdi.
Həmin gün Rəşad İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin olunub. R.İsmayılov bundan əvvəl ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsində çalışıb.
Fevralın 10-da Cəfər Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini vəzifəsinə təyin edilib. C.Babayev bu təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində sədrin müşaviri vəzifəsində çalışıb.
Fevralın 10-da İlqar Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib. O daha əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində sədrin müşaviri vəzifəsində işləyib.
Fevralın 10-da Mirzə Mirzəyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.
01:09 / 05 Mart 2026
80
00:38 / 05 Mart 2026
76
00:31 / 05 Mart 2026
155
00:24 / 05 Mart 2026
104
23:58 / 04 Mart 2026
103
23:10 / 04 Mart 2026
141
22:49 / 04 Mart 2026
178
22:43 / 04 Mart 2026
119
22:20 / 04 Mart 2026
105
21:59 / 04 Mart 2026
120
21:48 / 04 Mart 2026
106
21:29 / 04 Mart 2026
109
21:17 / 04 Mart 2026
181
21:06 / 04 Mart 2026
252
20:52 / 04 Mart 2026
374
20:41 / 04 Mart 2026
325
20:17 / 04 Mart 2026
329
20:05 / 04 Mart 2026
115
19:49 / 04 Mart 2026
123
19:35 / 04 Mart 2026
540
19:25 / 04 Mart 2026
149
19:23 / 04 Mart 2026
2041
19:21 / 04 Mart 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.