Masazırda yaşayanlara ŞAD XƏBƏR
30 Aprel 2026, 14:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
933
11.02.2026, 15:40
Son günlər televiizya efirlərində Azərbaycan dilinin qorunması ilə bağlı ciddi tədbirlər görülməkdədir.TV aparıcılarının,qonaqların çıxışları zamanı alınma ifadələrdən istifadəyə icazə verilmir.
Bu tələbələrə əməl etməyən aparıcılar,TV-lər qanunla müəyyən olunmuş qaydada cəzalandırılır.
Bəs,atılan addımlar yetərlidirmi?
Televiziya məkanlarında dilin vəziyyəti ilə bağlı Oxu24.com-un suallarını Əməkdar mədəniyyət işçisi, Audiovizual Şuranın üzvü,şair Qəşəm Nəcəfzadə cavablandırıb.
Audiovizual Şuranın üzvü Qəşəm Nəcəfzadə bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev istər Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində, istərsə də televiziya jurnalistlərinin suallarını cavablandırarkən Azərbaycan ədəbi dilinin inkişaf məsəllərinə toxundu.
Həmçinin oxuyun
"Ölkə başçısı xüsusilə qeyd etdi ki, xarici dildən gələn kəlmələr dilimizi damcı- damcı məhv edir və biz dilimizin keşiyində ayıq- sayıq dayanmalıyıq. Bəli, xalqla daim ünsiyyətdə olan televiziyalardır, verilişlər, aparıcılar, qonaqlar və orada ən çox diqqət çəkən ünsiyyət vasitəsi isə Azərbaycan dilidir.
Bu dil, yəni, radio və televiziyanın dili birbaşa insanlara təsir edir, onların təfəkkürünü formalaşdırır. Tamaşaçılar bu dili təkcə hiss etmir, həm də görür. Ona görə də televiziyaların dili aydın, təmiz, rəvan olmalıdır ki, gənc nəsillər bu dili təmiz öyrənsinlər. TV məkanda dialekt, şivə, alınma sözlərdən istifadə olunmamalıdır. Sözlərdə vurğu düzgün deyilməlidir.Çünki televiziya müəllimdir. Azərbaycan ədəbi dilinin bütün xüsusiyyətləri televiziya verilişlərində qorunmalıdır. Hətta məntiqi, öyrədici, intellektual verilişlərin sayını artımaq lazımdır ki, gənc nəslin dünya görüşünü, elmi biliklərini artıraq. Bu həm də, gənc nəsildə məntiqi və təfəkkürü formalaşdırır. Nəticədə xalq- tamaşaçı sosial şəbəkələrin heç bir məsuliyyət hiss olmayan "dil"indən xilas olur”- deyə Qəşəm Nəcəfzadə bildirib.
Əntiqə Rəşid
14:32 / 30 Aprel 2026
1
14:28 / 30 Aprel 2026
7
14:21 / 30 Aprel 2026
26
14:06 / 30 Aprel 2026
28
14:02 / 30 Aprel 2026
30
13:39 / 30 Aprel 2026
42
13:23 / 30 Aprel 2026
196
13:20 / 30 Aprel 2026
49
13:13 / 30 Aprel 2026
51
13:01 / 30 Aprel 2026
50
12:55 / 30 Aprel 2026
347
12:51 / 30 Aprel 2026
44
12:40 / 30 Aprel 2026
56
12:29 / 30 Aprel 2026
63
12:17 / 30 Aprel 2026
61
12:09 / 30 Aprel 2026
52
12:03 / 30 Aprel 2026
153
11:59 / 30 Aprel 2026
51
11:57 / 30 Aprel 2026
610
11:41 / 30 Aprel 2026
63
11:30 / 30 Aprel 2026
726
11:25 / 30 Aprel 2026
172
11:20 / 30 Aprel 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.