Əhaliyə maaşlarla bağlı ŞAD XƏBƏR GƏLDİ - RƏSMİ
06 May 2026, 12:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
529
11.02.2026, 13:07
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl- Şorafanın rəhbərliyi ilə BƏƏ nümayəndə heyəti Bakıda səfərdədir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən oxu24.com-a verilən məlumata görə, bu gün nümayəndə heyəti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.
Görüşdə Eldar Əzizov qeyd edib ki, bu gün ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olması hər iki dövlətin rəhbərlərinin fəaliyyətinin nəticəsidir. Fevral ayının 4-də Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri zamanı ona “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunmasını ölkə başçısının uğurlu siyasətinə verilən yüksək qiymət olduğunu bildirib. Butün bunlar öz növbəsində paytaxt Bakı və Əbu-Dabi şəhərləri arasında uğurlu əməkdaşlıq qurmağa zəmin yaradır.
Bakı haqqında məlumat verən Eldar Əzizov bildirdi ki, cənab İlham Əliyevin siyasəti nəticəsində bu gün Bakı şəhəri keyfiyyətcə yeni səviyyəyə yüksəlib və bu prosses uğurla davam edir.
Azərbaycan və BƏƏ arasında uzun illərdən bəri davam edən dostluq münasibətlərinə toxunan Məhəmməd Əli Əl-Şorafa qeyd edib ki, ölkəsində Azərbaycanla əlaqələrə xüsusi önəm verilir. “Bu mənim şəhərinizə ilk səfərimdir və gördüklərimi nəzərə alaraq sonuncu olmadığına əminəm”. Bakı şəhərinin sürətli inkişafını, şəhər idarəçiliyinin effektivliyini xüsusilə qeyd edən qonaq iki paytaxt şəhərin biri-birindən çox şeyi öyrənəcəklərinə ümidvar olduğunu bildirib.
Həmçinin oxuyun
Sonra Bakı şəhəri və Əbu-Dabi şəhəri arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Eldar Əzizov qonağa şanlı zəfərimizə həsr olunan və artıq 11 dildə çap edilən “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ərəb dilində nəşrini təqdim edib.
13:00 / 06 May 2026
7
12:58 / 06 May 2026
20
12:56 / 06 May 2026
33
12:49 / 06 May 2026
21
12:48 / 06 May 2026
25
12:45 / 06 May 2026
32
12:32 / 06 May 2026
38
12:30 / 06 May 2026
38
12:27 / 06 May 2026
39
12:17 / 06 May 2026
119
12:10 / 06 May 2026
107
11:58 / 06 May 2026
118
11:55 / 06 May 2026
38
11:47 / 06 May 2026
49
11:42 / 06 May 2026
44
11:32 / 06 May 2026
760
11:16 / 06 May 2026
47
11:11 / 06 May 2026
42
10:53 / 06 May 2026
55
10:52 / 06 May 2026
43
10:45 / 06 May 2026
294
10:35 / 06 May 2026
195
10:33 / 06 May 2026
55
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.