"WhatsApp"da nömrəni gizlətmək mümkün oldu
01 May 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1430
11.02.2026, 12:19
Azərbaycanın bu kəndinə canavar sürüsü hücum edib.
Lənkəranda kəndə girən canavarlar mal-qaraya hücum edib,tələfat var.
Bu barədə Oxu24.com saytına hadisə ilə bağlı Lənkəran rayon Zövlə kənd sakini Əlibaba Əliyev məlumat verib.
O, bildirib ki, artıq 10 gündən çoxdur ki, kəndin ətrafında canavarlar dəstə ilə gəzir.
"Bu da mal-qaraya ziyanlıq verə bilər, hətta bu canavar sürüsü mal-qaranı sulamağa və yaxud otlaq sahəsinə aparan kənd camaatına da hücum edə bilər. Artıq kəndin adamları ehtiyatla davranır və hər dəqiqə bədbəxt bir hadisə olacağından qorxur. Xüsusən kəndin uşaqları, qadınları,yaşlıları təşviş içərisindədir. Canavarlar hava qaralandan sonra kəndə hücum edirlər, heyvanları parçalayırlar. Bir neçə gün əvvəl qoyunları, ondan sonra isə at balasını, sonra at və digər heyvanları parçalayıblar. Artıq axşamlar evdən çölə çıxmaq həyati təhlükə daşıyır”,-deyə kənd sakini bildirib.
Həmçinin oxuyun
Ə.Əliyevin sözlərinə görə,məsələ ilə bağlı Lənkəran Rayon İcra Hakimiyyətinə məlumat versələr də,cavab ala bilməyiblər.
Kənd sakinin sözlərinə görə,məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Zövlə sakini onu da bildirib ki, kəndlə qonşu olan Masallının Mahmudavar və Mollon kəndləri də hazırda eyni problem yaşayır. Canavar sürüsü onların da kəndinə hücum edir.
3500 nəfərdən çox əhalisi olan Zövlə kəndinin camaatının canavar sürülərinin qarşısında çarəsiz duruma düşməsinin səbəbi isə İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsidir. Həmin maddəyə əsasən 1 canavarı vuraraq öldürən şəxs ən azı 1000 manat, bəzən isə 1500 manat cərimə olunur.
Əntiqə Rəşid
00:45 / 02 May 2026
233
23:50 / 01 May 2026
340
23:39 / 01 May 2026
278
23:29 / 01 May 2026
261
23:21 / 01 May 2026
217
22:53 / 01 May 2026
234
22:36 / 01 May 2026
273
22:25 / 01 May 2026
588
22:20 / 01 May 2026
330
22:11 / 01 May 2026
732
21:59 / 01 May 2026
261
21:57 / 01 May 2026
111
21:48 / 01 May 2026
186
21:44 / 01 May 2026
100
21:40 / 01 May 2026
102
21:35 / 01 May 2026
104
21:33 / 01 May 2026
127
21:30 / 01 May 2026
127
21:27 / 01 May 2026
120
21:22 / 01 May 2026
399
21:16 / 01 May 2026
909
21:10 / 01 May 2026
681
21:04 / 01 May 2026
246
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.