Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
989
10.02.2026, 15:30
Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat ənənəvi olaraq artır. Bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı AZAL qeyd olunan dövrdə bu istiqamətdə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.
AZAL-dan Oxu24.com-a verilən məlumata görə, hazırda qüvvədə olan uçuş cədvəlinə əsasən, bayramlar ərəfəsində və istirahət günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə gün ərzində 8–10 müntəzəm reysin (gediş-gəliş 16–20 reys) yerinə yetirilməsi planlaşdırılıb. Zərurət yarandığı halda tələbata uyğun olaraq uçuşların sayının daha da artırılması nəzərdə tutulur. Beləliklə, Naxçıvan istiqamətində hava nəqliyyatı əlaqəsinin müntəzəmliyi və fasiləsizliyi planlama zamanı əsas götürülür.
Qeyd edək ki, mülki aviasiya fəaliyyəti təsdiq edilmiş uçuş əməliyyat planı çərçivəsində həyata keçirilir. Sözügedən plan uçuş cədvəlinin formalaşdırılmasını, hava gəmilərinin uçuşlara hazırlanmasını, məcburi texniki və əməliyyat yoxlamalarının aparılmasını, eləcə də təhlükəsizlik və xidmət keyfiyyətinə yönəlmiş digər tədbirləri əhatə edir. Bununla əlaqədar olaraq hava daşımalarının səmərəli təşkili məqsədilə sərnişinlərə səyahətlərini öncədən planlaşdırmaq məsləhət görülür.
Aviabiletləri aviaşirkətin azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.