AĞIR QƏZA: 4 yaralı var- FOTO
25 Mart 2026, 18:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
580
10.02.2026, 15:17
10 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatının “Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təqdim edilmiş Qanun layihəsini qəbul edib.
Oxu24.com xəbər verir ki, bununla Azərbaycan Respublikası Konvensiyanın ratifikasiyası prosesinə liderlik edən ölkəyə çevrilir.
Qeyd edək ki, dünya birliyinin çoxillik gərgin əməyinin nəticəsi olaraq BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiya”sının yekun layihəsinin hazırlanması prosesində Azərbaycan xüsusilə fəal iştirak edib.
Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər dövlət qurumlarının nümayəndələrinin də daxil olduğu nümayəndə heyəti çoxtərəfli danışıqlarda konstruktiv və prinsipial mövqe nümayiş etdirərək sənədin mətninin formalaşdırılmasına substantiv töhfə verib.
“Kibercinayətkarlığa qarşı” Konvensiya 24 dekabr 2024-cü il tarixində BMT Baş Assambleyasında qəbul olunub.
XXl əsrin Konvensiyası hesab edilən - “Kibercinayətkarlığa qarşı” BMT Konvensiyası kibercinayətkarlıqla mübarizə üzrə qlobal səviyyədə vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivə formalaşdıran ilk sənəddir.
Həmçinin oxuyun
Konvensiya 2025-ci ilin oktyabr ayında Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən rəsmi imzalanma mərasimində ümumilikdə 74 dövlət tərəfindən imzalanıb (Böyük Britaniya, Fransa, Çin, Avstraliya, Belçika, Türkiyə, Polşa, Rusiya, İspaniya, BƏƏ, İsveç və s). Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi imzalayıb.
Konvensiya milli parlamentlər tərəfindən təsdiqlənməli və ölkələr bu beynəlxalq hüquqi çərçivəyə qoşulmaq üçün daxili hüquqi prosedurlarını tamamlamalıdırlar. Hazırda Azərbaycan Respublikası bu prosesi tamamlamaqda olan ilk ölkə kimi çıxış edir.
Konvensiyanın ratifikasiyası təhlükəsizlik və hüquq-mühafizə orqanlarının fəaliyyətini gücləndirəcək. Sənəd elektron sübutlarla beynəlxalq hüquqi prosedurları tənzimləyir, transmilli istintaqların effektivliyini artırır. Təxirəsalınmaz beynəlxalq əməkdaşlıq mexanizmləri kibercinayətlərə operativ reaksiya verilməsinə imkan yaradır.
BMT-nin rəsmi səhifəsinə əsasən, Azərbaycan həm də Konvensiyanı qeyd-şərtlərlə imzalayan yeganə ölkədir. Bu beynəlxalq prosedurlara xüsusi olaraq peşəkar hüquqi yanaşmanın göstəricisidir.
Bütövlükdə, Konvensiya qlobal miqyasda kibercinayətkarlıqla mübarizədə qarşılıqlı koordinasiyanı, standartları, hüquqi əməkdaşlığı genişləndirməyi hədəfləyir.
18:22 / 25 Mart 2026
8
18:19 / 25 Mart 2026
14
18:11 / 25 Mart 2026
23
18:02 / 25 Mart 2026
31
17:54 / 25 Mart 2026
41
17:46 / 25 Mart 2026
69
17:21 / 25 Mart 2026
624
17:19 / 25 Mart 2026
202
17:11 / 25 Mart 2026
198
16:10 / 25 Mart 2026
69
15:51 / 25 Mart 2026
132
15:48 / 25 Mart 2026
70
15:03 / 25 Mart 2026
119
14:58 / 25 Mart 2026
80
14:53 / 25 Mart 2026
86
14:41 / 25 Mart 2026
336
14:38 / 25 Mart 2026
75
14:22 / 25 Mart 2026
1478
14:06 / 25 Mart 2026
79
14:03 / 25 Mart 2026
175
13:50 / 25 Mart 2026
71
13:44 / 25 Mart 2026
484
13:27 / 25 Mart 2026
1598
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.