Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1324
10.02.2026, 15:20
Son illər Azərbaycanda özəl ali təhsil müəssisələrinin rəhbər strukturlarında ailə üzvlərinin təmsil olunması diqqət i cəlb edir.
Oxu24.com xəbər verir ki,prorektor, rektor və icraçı vəzifələrdə çalışan şəxslərin universitet sahiblərinin ailə üzvləri olduğu müşahidə olunur.
Qohumluq bağı əsasında idarə olunan həmin Universitetləri təqdim edirik:
Bakı Avrasiya Universitetinin Tədris işləri üzrə prorektoru Nigar Hüseynova 2016-cı ildən bu vəzifəni icra edir.
O, 1983-cü ildə Gədəbəy rayonunda anadan olub, Nizami rayonu M.Rüstəmov adına 32 saylı orta məktəbi bitirib. Avrasiya Universitetində 2004-cü ildə bakalavr, 2006-cı ildə magistratura təhsilini başa vurub. Dünya ədəbiyyatı fənnini tədris edən Nigar Hüseynova universitetin rektoru və sahibi Nazim Hüseynovun qızıdır.
Xəzər Universitetinin Elmi işlər üzrə prorektoru Ülkər İsayeva psixologiya sahəsində Türkiyə, İtaliya və ABŞ-da təhsil alıb. O, universitetdə Psixologiya fənnini tədris edir və daha əvvəl İnsan Resursları departamentinin direktoru vəzifəsində çalışıb. Xəzər Universitetinin rəhbəri tanınmış alim Hamlet İsaxanlıdır. Ülkər İsayeva onun qızıdır.
Azərbaycan Kooperasiya Universitetində də oxşar vəziyyət mövcuddur.
Universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva 1984-cü ildə Bakıda anadan olub. Avropa liseyini bitirdikdən sonra Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi əldə edib. 2010-cu ildə İqtisad üzrə fəxri doktor adına layiq görülüb. Universitetin rektoru və sahibi Eldar Quliyevdir və Aygün Quliyeva onun qızıdır.
Qərbi Kaspi Universitetində İcraçı prorektor vəzifəsini Rəşad Bağırov tutur. O, universitetin sahibi Hüseynqulu Bağırovun oğludur.
Bakı Qızlar Universitetinin hazırkı rektoru Sevinc Rəhimova 1997-ci ildən etibarən bu ali təhsil müəssisəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Pedaqogika fənnini tədris edən Sevinc Rəhimova universitetin sahibi Ağarəhim Rəhimovun qızıdır.
Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri Samir Vəliyev də universitet sahibi ilə ailə bağları olan rəhbərlər sırasındadır. 1972-ci ildə Bakıda anadan olan Samir Vəliyev Bakı Dövlət Universitetində hüquq təhsili alıb, uzun illər prorektor, nazir müşaviri və dövlət strukturlarında rəhbər vəzifələrdə çalışıb. O, hazırda Milli Məclisin deputatıdır və universitetin sahibi Əhməd Vəliyevin oğludur.
Azərbaycan Universitetinə isə mərhum nazir Fazil Məmmədovun qızı Selcanxatun Məmmədova rəhbərlik edir.
Nərmin Balacayeva
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.