Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3283
09.02.2026, 16:36
Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı başa çatır.
Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun məlumatına görə, həmin müddət irihəcmli cinayət işi üzrə ibtidai istintaq tədbirləri üçün yetərli olmayıb.
Əlavə sübutların toplanılmasının zəruriliyi nəzərə alınaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı bu günlərdə məhkəməyə müraciət edəcəyi gözlənilir.
Qanunvericiliyə görə, xüsusilə ağır cinayət işləri üzrə ibtidai istintaq müddəti maksimum 19 aydır. Bu cinayət işi üzrə 4 aylıq ilkin müddət isə fevralın 14-ü başa çatır. Yeni təqdimat və vəsatətə Səbail Rayon Məhkəməsində baxılmalıdır.
Qeyd edək ki, Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur. Ötən ilin 14 oktyabrında onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Davam edən istintaqla eyni cinayətlə bağlı AXCP sədri Əli Kərimli, onun müavini Məmməd İbrahim və Ramiz Mehdiyevin yaxın adamı olmuş Eldar Əmirov da həbs edilib.
Hazırda DTX-nin İstintaq Baş İdarəsində ibtidai istintaq hərəkətləri aparılır. Cinayət işləri üzrə çoxsaylı şahidlərin dindirildiyi bildirilir.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.