Qaynar xətt:

(+99450) 247 90 86

Ulduz falı: 9 fevral, 2026-cı il 

2024/02/24/1708719102_ulduz.png

CƏMİYYƏT

203

08.02.2026, 17:16

Qoç

Hər şey uğurlu alınmasa da, yaxşı nəticələr əldə etmək imkanınız olacaq. Bunun üçün bilik və təcrübəsi şübhə doğurmayan bir insandan kömək istəməyə dəyər. Amma belə biri yanınızda olmasa belə, ümidsizliyə qapılmayın: təbii nikbinliyiniz bir çoxlarını çıxılmaz vəziyyətdə qoyan situasiyadan çıxış yolu tapmağa kömək edəcək.

Gün vacib məsələləri həll etmək, müqavilələr imzalamaq və uzunmüddətli əməkdaşlıq planlarını müzakirə etmək üçün uyğundur. Pul gəlişi və ya dəyərli hədiyyələr mümkündür. Maraqlı insanlarla tanış ola bilərsiniz və burada cazibəniz sizin xeyrinizə işləyəcək.

Buğa

Gün xeyli sürpriz gətirəcək. Ola bilsin, planlara düzəliş etməli və vəziyyətə uyğun hərəkət etməli olacaqsınız, amma buna görə narahat olmayın — ümumilikdə hadisələr sizin xeyrinizə inkişaf edəcək. Bəzi insanlarla münasibətlərdə fikir ayrılıqları yarana bilər, amma əvəzində əvvəllər dil tapa bilmədiyiniz şəxslərlə anlaşmaq imkanı çıxacaq.

Hətta sadə ev işlərinə belə ciddi yanaşın. Nəzərə alın ki, bu gün məişət texnikası almaq, yeni kompüter proqramlarını öyrənmək, mürəkkəb alətlərlə işləmək üçün uyğun deyil.

Əkizlər

Uğur, sakitliyinizi qoruyub bütün məsələləri soyuqqanlı şəkildə həll etsəniz gələcək. İntuisiyaınıza güvənin — onun məsləhətləri kənardan deyilən fikirlərdən daha faydalı olacaq. Bir çox Əkizləri gözlənilməz ailə işləri və yaxınlara kömək zərurəti ilə bağlı planlaşdırılmamış səfərlər gözləyir.

Ünsiyyətdə olduğunuz insanları seçərkən daha diqqətli olun — hər xoşunuza gələn insana etibar etmək olmaz.

Xərçəng

Uğurun əsas sirri birgə işdir. Gün ortaq layihə və işlərə başlamaq üçün çox uyğundur. Dostlar və ya tanışlar kömək təklif etsələr, imtina etməyin — onların dəstəyi lap yerinə düşəcək. Qarşınızdakı insanın kim olduğunu tez anlayacaq və yeni tanışlar barədə düzgün rəy formalaşdıracaqsınız. Xüsusilə qadınlarla, o cümlədən nüfuz və əlaqələri olanlarla ünsiyyət uğurlu olacaq.

Yeni imkanlar açılacaq və onlardan tam yararlanmaq üçün səy göstərmək vacibdir. Şəxsi həyatda dəyişikliklərdən qorxmayın — indi ağrıtsa belə, sonradan hər şey yaxşılığa doğru çevriləcək.

Şir

Yumor hissiniz ən yaxşı köməkçiniz olacaq və həm evdə, həm də başqa insanlarla ünsiyyətdə münaqişələrdən yayınmağa kömək edəcək. Ancaq bəzi mövzular ciddi yanaşma tələb edəcək — məsələn, maliyyə işləri, mülkiyyət məsələləri və gələcək planları. Günün ikinci yarısında sizi vacib bir söhbət gözləyir; bu danışıq sonrakı planlarınıza təsir göstərə bilər.

Axşamı ən yaxınlarınızın əhatəsində keçirmək daha yaxşıdır. Onlar sizinlə olmaqdan məmnun qalacaq, siz isə səmimi söhbətdən pozitiv enerji alacaq və yaxın keçmiş hadisələrə yeni gözlə baxa biləcəksiniz.

Qız

Günün birinci yarısı emosional baxımdan rahat olacaq və həm ev işləri, həm də vacib söhbətlər üçün uyğundur. Bu, ortaq planları və yeni ideyaları müzakirə etmək üçün yaxşı zamandır. Həmfikirlərlə birlikdə düzgün nəticələrə gələ biləcəksiniz.

Günün ikinci yarısında görüşlərə, tədbirlərə gedə və ya sadəcə dostlarla vaxt keçirə bilərsiniz. Diqqət mərkəzində olmaq sizə xoş gələcək, maraqlı insanlarla tanış olmaq şansı yaranacaq. Ola bilsin, plan və məqsədlərə yenidən baxmaq lazım gəlsin.

Tərəzi

Hətta ən çətin insanlarla belə ortaq dil tapa, istənilən şəxsi inandıra biləcək sözlər seçə biləcəksiniz. Auditoriya qarşısında çıxış etməli olsanız, hər şey əla keçəcək — dinləyici sayı nə qədər çox olsa, nitqiniz bir o qədər parlaq alınacaq. Məhsuldar işiniz gələcək nailiyyətlər üçün möhkəm zəmin yaradacaq. Romantik münasibətin başlanğıcı da istisna deyil.

Bununla belə, gün tamamilə problemsiz olmayacaq. Xırda anlaşılmazlıqlar və həllinə vaxt sərf etməli olacağınız tapşırıqlar yarana bilər, halbuki siz daha xoş bir şeylə məşğul olmağı üstün tutardınız.

Əqrəb

Gün xeyli sürpriz gətirə və həyatınızda ciddi dəyişikliklərin başlanğıcı ola bilər. Hadisələrə müqavimət göstərməyin — vəziyyətə uyğun hərəkət etmək daha yaxşıdır. Gücünüzü qoruyun və qəti addımlar üçün uyğun anı gözləyin. Bir çox Əqrəblər bu gün “zərərsiz hiylələrə” meylli olacaq və başqalarının xırda səhvlərini öz xeyirlərinə çevirə biləcəklər.

Uzaq səfərlər planlaşdırmamaq və evə daha yaxın qalmaq yaxşıdır. Qadınlarla ünsiyyət faydalı olacaq — onlar sizə vacib nəsə deyə bilərlər, hətta sizin özünüz barədə də.

Oxatan

İstəkləriniz ziddiyyətli ola bilər və bəzən özünüz də əslində nə istədiyinizi tam anlamayacaqsınız. Buna görə gün bir az tələsik və dəyişkən uğurla keçəcək, amma darıxdırıcı olmayacaq. Qarşınızda yeni tapşırıqlar və hədəflər açılacaq. Xüsusilə, mehriban komanda ilə işləyən Oxatanlara bəxt üz göstərəcək: belə nümayəndələr lazımi dəstəyi alacaq və çətinliklərin öhdəsindən asanlıqla gələcəklər.

Duyğularınızı bölüşməkdən və problemlərdən danışmaqdan çəkinməyin — mütləq sizi anlayış və şəfqətlə dinləyəcək insanlar tapılacaq.

Oğlaq

Daha əvvəl cəsarətli və qeyri-adi görünən köhnə ideyaları həyata keçirmək imkanı yaranacaq. Amma ehtiyatlı olun — illüziyalara qapılmaq riski var. Əlçatmaz planlara vaxt və enerji sərf etməmək üçün məntiqin səsinə qulaq asın. Ətrafdakılarla münasibətlərinizin necə qurulduğuna diqqət edin — bəlkə də sizə pislik istəyən adamı tanıya biləcəksiniz.

Gün yaxınlarla ünsiyyət və ailə işləri üçün əlverişlidir. Doğmaların dəstəyi sizin üçün xüsusilə vacib olacaq və siz onu mütləq alacaqsınız.

Dolça

Gün uğurlu keçəcək və yolunuzda ciddi maneələr yaranmayacaq. Yeganə təhlükə ondadır ki, bəzi Dolçalar keçmişdəki səhvlər və xoşagəlməzliklər barədə xatirələrə qapılmaq istəyəcəklər. Belə düşüncələr həm sizin, həm də ətrafınızdakıların ovqatını dərhal korlayacaq. Enerjinizi gələcəyi planlaşdırmağa yönəldin.

İstirahət günü ünsiyyət üçün əladır — həm işgüzar, həm də dostyana. İnsanlar üçün maraqlı olacaqsınız və sizinlə danışmaq istəyənlərin sayı çox olacaq. Romantik bir maraq da istisna deyil.

Balıqlar

Gün uğurlu keçəcək, bir çox şey asan alınacaq. Yeni müttəfiqlər tapa və ya çətin məqamlarda artıq dəfələrlə kömək etmiş insanların dəstəyini yenidən qazana biləcəksiniz. Yeni layihələrə başlamaq və ya vacib şəxsi planları həyata keçirmək üçün cəsarətlə addım ata bilərsiniz.

Yaxınlara diqqət ayıracaq və çoxdan istiliyə ehtiyacı olan bir insana qayğı göstərə biləcəksiniz. Ailə münasibətlərini yoluna qoymaq, köhnə əlaqələri bərpa etmək imkanı var. Romantik hekayələrə başlamaq üçün məqam ən ideal olmasa da, kiməsə maraq hiss etsəniz, təşəbbüs göstərməkdən çəkinməyin. İntuisiya bunu heç kimi çətin vəziyyətə salmadan necə etməyi sizə deyəcək.