9 mayda bizi nələr GÖZLƏYİR? — ULDUZ FALI
08 May 2026, 23:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1387
06.02.2026, 23:18
"Mobil telefonların idxalı ilə bağlı tətbiq edilən yeni aksiz vergiləri və hər bir vətəndaşa ildə yalnız bir telefon gətirilməsinə icazə verilməsi bazarda müəyyən dəyişikliklər yaradacaq".
Oxu24.com xəbər verir ki bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc taksi bazarı üzrə apardığı müqayisəli təhlil zamanı bildirib.
AQC sədri həmçinin deyib ki, xaricdən mobil telefon gətirilməsinə qoyulan bu məhdudiyyət bazara ciddi təsir göstərməyəcək:
"Çünki telefon idxalının əsas hissəsi ölkədə fəaliyyət göstərən iri şirkətlər və rəsmi dilerlər tərəfindən həyata keçirilir. Bu baxımdan ümumi təklif həcminin kəskin azalması gözlənilmir.
Lakin aksiz vergisinin bütün telefon modellərinə şamil olunması qaçılmaz olaraq qiymət artımına gətirib çıxaracaq. Xüsusilə ucuz telefon seqmentində qiymətlərin təxminən 5 faiz artacağı gözlənilir. Bahalı modellərdə isə bu artım məbləğ baxımından daha yüksək ola bilər. Eyni zamanda, mobil telefonlarla yanaşı, aksesuarların da bahalaşması ehtimal edilir.
Həmçinin oxuyun
Qiymət artımı istehlakçı davranışlarına da təsir göstərə bilər. Belə ki, vətəndaşların bahalı telefonlardan daha çox orta və aşağı qiymət seqmentinə üstünlük verməsi müşahidə oluna bilər".
Vüqar Oruc vurğulayıb ki, yeni aksiz vergilərinin dövlət büdcəsi üçün müsbət təsiri də gözlənilir:
"Əlavə vergi və rüsum daxilolmaları iqtisadi baxımdan dövlət üçün sərfəli hesab olunur. Bununla yanaşı, vətəndaşlar üçün əsas mənfi tərəf qiymətlərin bahalaşmasıdır.
Digər tərəfdən, xaricdən gətirilən məhsulların bahalaşması adətən yerli istehsala marağı artırır. Lakin Azərbaycanda mobil telefon istehsalı mövcud deyil və yaxın perspektivdə xarici istehsalla rəqabət apara biləcək yerli istehsalın yaranması real görünmür.
Nəticə etibarilə, aksiz vergilərinin tətbiqi dövlət büdcəsinə əlavə gəlirlər gətirsə də, mobil telefon bazarında qiymət artımına və istehlakçı seçimlərində daha ucuz modellərə yönəlməyə səbəb olacaq".
23:40 / 08 May 2026
7
23:25 / 08 May 2026
48
23:17 / 08 May 2026
118
22:47 / 08 May 2026
152
22:38 / 08 May 2026
49
22:28 / 08 May 2026
186
22:14 / 08 May 2026
79
22:13 / 08 May 2026
48
22:06 / 08 May 2026
52
21:59 / 08 May 2026
50
21:48 / 08 May 2026
985
21:39 / 08 May 2026
208
21:29 / 08 May 2026
78
21:10 / 08 May 2026
176
20:52 / 08 May 2026
251
20:48 / 08 May 2026
115
20:36 / 08 May 2026
71
20:18 / 08 May 2026
81
20:07 / 08 May 2026
83
19:48 / 08 May 2026
79
19:39 / 08 May 2026
148
19:29 / 08 May 2026
105
19:16 / 08 May 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.