Dondurma ürəyə xeyirdir
30 Aprel 2026, 00:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3842
06.02.2026, 14:59
Gələcəyimiz təhlükədə: Rəqəmsal dünya uşaqlarımızı bizdən necə alır?—SOSİOLOQDAN AÇIQLAMA
Müasir dövrdə texnoloji tərəqqi bizə sonsuz imkanlar açsa da, nəzarətsiz qalan rəqəmsal dünya bəzən geri dönülməz faciələrə yol açır.
Bu gün "İdrak" liseyində baş verən sarsıdıcı hadisə-bir 10-cu sinif şagirdinin öz müəlliminə qarşı silahlı hücum etməsi cəmiyyətdə böyük bir həyəcan təbili çalır.
Rəsmi təsdiqini hələlik tapmamış ilkin məlumatlara görə, şagirdin kompüter oyunlarına hədsiz marağı olub. Bu oyunların təsiri altında formalaşan psixoloji vəziyyəti diqqət mərkəzindədir.Onun həmin oyunların təsiri altında belə gərgin vəziyyətə düşdüyü ehtimal olunur.
Oxu24.com xəbər verir ki, bu hadisə sadəcə bir "oyun asılılığı" məsələsi deyil; bu, yeniyetmələrin emosional boşluqları, virtual zorakılığın reallıq hissini dumanlandırması və gənclərin daxili dünyasında yığılan aqressiyanın partlayış nöqtəsidir. Oyunların yaratdığı dopamin asılılığı və real dünyadan qopma hissi, gəncləri sosial izolyasiyaya sürükləyərək onları daha həssas və impulsiv edir.
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev bildirib ki,həm məktəblərdə, həm də sosial şəbəkələrdə yeniyetmə və gənclərin davranışlarında aqressivləşmə müşahidə olunur.
"Bunun isə bir neçə səbəbi var. Xüsusilə internet və aqressiya yayan internet oyunları bu prosesdə mühüm rol oynayır. Belə məzmunlar uşaqların davranışında ciddi problemlərin yaranmasına səbəb olur.
Həmçinin oxuyun
Sözügedən hadisə Azərbaycanda ümumilikdə nadir hallarda rast gəlinən hadisələrdəndir. Lakin hadisənin xarakteri göstərir ki, bu tip hallar daha çox xarici ölkələrdə baş verir. Ailədə psixoloji iqlimi sağlam olmayan uşaq öz daxilindəki gərginliyi məktəb mühitinə, insanlara və müəllimlərə qarşı yönəldə bilir”,-deyə sosioloq bildirib.
Sosioloq təklif edir ki, sosial şəbəkələrdə süzgəc mexanizmi tətbiq olunsun və uşaqlarda davranış pozuntularına səbəb olan paylaşımların yayılmasının qarşısı alınsın.
Onun sözlərinə görə, mövcud hüquqi aktlar bu cür halların baş verməməsi üçün kifayət qədər imkan yaradır. Ümumilikdə isə bu kimi hadisələr ailədə mövcud olan boşluqların, məktəb mühitində tərbiyəvi və didaktik işlərin arzuolunan səviyyədə aparılmamasının nəticəsidir. Tətbiq olunan bullinqlər də cəmiyyətimiz üçün xarakterik olmayan bullinq formalarıdır.
Çimnaz Telmanqızı
09:33 / 30 Aprel 2026
1
00:27 / 30 Aprel 2026
182
00:14 / 30 Aprel 2026
254
23:49 / 29 Aprel 2026
221
23:44 / 29 Aprel 2026
261
23:32 / 29 Aprel 2026
274
23:19 / 29 Aprel 2026
297
23:12 / 29 Aprel 2026
4212
23:10 / 29 Aprel 2026
101
23:09 / 29 Aprel 2026
90
23:00 / 29 Aprel 2026
1123
22:52 / 29 Aprel 2026
284
22:14 / 29 Aprel 2026
242
21:41 / 29 Aprel 2026
249
21:21 / 29 Aprel 2026
164
21:12 / 29 Aprel 2026
6964
20:56 / 29 Aprel 2026
173
20:50 / 29 Aprel 2026
124
20:39 / 29 Aprel 2026
187
20:10 / 29 Aprel 2026
170
19:56 / 29 Aprel 2026
149
19:43 / 29 Aprel 2026
146
19:28 / 29 Aprel 2026
245
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.