Dondurma ürəyə xeyirdir
30 Aprel 2026, 00:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
655
06.02.2026, 14:53
“İdrak” liseyində baş vermiş insident ictimaiyyətin diqqət mərkəzində olsa da, media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir.
Oxu24.com xəbər verir ki, bu, Mətbuat Şurasının yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, sözügedən addım “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na tamamilə ziddir:
"Belə ki, qaydaların “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.9-cu bəndində bildirilir ki, “jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, hüquqlarına hörmətlə yanaşmalı, onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideynlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir”.
Həmin bənddə o da bildirilir ki, “daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməlidir. Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır”. Təəssüf ki, “İdrak” liseyindəki insidentlə bağlı üzərində dayandığımız təqdimatda buna riayət edilmədi.
Media mənsublarının “İdrak” liseyi şagirdindən aldıqları müsahibə, həmçinin, müsahibə zamanı yol verdikləri davranış “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın “Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması” adlı 5-ci prinsipində əksini tapmış “ictimai əhəmiyyət” anlayışı “ictimaiyyət üçün maraqlı” olan informasiya ilə qarışdırılmamalıdır” tələbinin də pozulmasıdır. Onların hərəkəti hadisə ilə bağlı əsl həqiqətləri üzə çıxarmaq məramına xidmət deyildi və məlum olaya olan ictimai diqqətə adekvat peşəkar davranış nümunəsi kimi qiymətləndirilə bilməz.
Həmçinin oxuyun
Azərbaycan Mətbuat Şurası jurnalistləri, xüsusən, ekstremal durumların, cəmiyyətdə rezonans doğurmuş hadisələrin və belə olaylarla əlaqəli məqamların işıqlandırılmasında emosiyalara qapılmamağa, tələskənliyə yol verməməyə və konkret mahiyyət üzrə davranmağa çağırır. Unutmaq olmaz ki, həssaslıq ən böyük peşəkarlıq meyarıdır və medianın yalnız yüksək peşəkar həssaslığı ilə hazırladığı materiallar insanların informasiya tələbatını qarşılamaq iqtidarındadır. Buna əks təmayüllərin hər biri cəmiyyətə ziyandır”.
Qeyd edək ki, bu səhər “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə müəllim Ş.K-nı güllələyib.
09:33 / 30 Aprel 2026
1
00:27 / 30 Aprel 2026
182
00:14 / 30 Aprel 2026
254
23:49 / 29 Aprel 2026
221
23:44 / 29 Aprel 2026
261
23:32 / 29 Aprel 2026
274
23:19 / 29 Aprel 2026
297
23:12 / 29 Aprel 2026
4212
23:10 / 29 Aprel 2026
101
23:09 / 29 Aprel 2026
90
23:00 / 29 Aprel 2026
1123
22:52 / 29 Aprel 2026
284
22:14 / 29 Aprel 2026
242
21:41 / 29 Aprel 2026
249
21:21 / 29 Aprel 2026
164
21:12 / 29 Aprel 2026
6964
20:56 / 29 Aprel 2026
173
20:50 / 29 Aprel 2026
124
20:39 / 29 Aprel 2026
187
20:10 / 29 Aprel 2026
170
19:56 / 29 Aprel 2026
149
19:43 / 29 Aprel 2026
146
19:28 / 29 Aprel 2026
245
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.