Dərmanlı xiyarı belə bilmək olar
03 May 2026, 01:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
19479
05.02.2026, 23:07
Oxu24.com vəzifədə mühüm post tutan bacarıqlı xanımlar barədə yeni məlumatları təqdim edir.
Bu dəfə təqdim etdiyimiz şəxs SOCAR-da mühüm vəzifə tutan Arzu Cavadova ilə bağlıdır.
SOCAR-da vitse-prezident olan Arzu Cavadova kimdir?
Cavadova Arzu Sahib qızı 24.08.1967-ci ildə Bakı şəhərində anadan olub.
1984-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olaraq, 1989-cu ildə fərqlənmə ilə bitirib.
Geologiya/mineralogiya üzrə fəlsəfə doktoru-elmlər namizədi elmi dərəcəsini alıb.
50-dən artıq elmi məqalə və kristalların hidrotermal şəraitdə yetişdirilməsi mövzusuna dair Moskva Dövlət Kristalloqrafiya İnstitutundan alınmış 2 elmi ixtiranın müəllifidir.
Həmçinin oxuyun
Əmək fəaliyyətinə 1985-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda başlayıb.
1985-1986-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun “Ümumi, tarixi geologiya və hidrogeologiya” kafedrasında, 1987-1988-ci illərdə isə “Geofiziki kəşfiyyat üsulları” kafedrasında 0.5 ştat laborant, 1989-1991-ci illərdə ”Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı” kafedrasında mühəndis vəzifəsində çalışıb.
1990-cı ildə “Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı” kafedrası nəzdində aspiranturaya daxil olub, kafedrada təhsil zamanı 0.5 ştat, 1994-cü ildə bitirdikdən sonra 1996-cı ilə qədər isə tam ştat müəllim-assistent vəzifəsində çalışıb.
1996-1997-ci illərdə ARDNŞ-nin “Azərineftinformatika” hesablama mərkəzində mühəndis, 1997-ci ildə Dənizdə neft və qazçıxarma İstehsalat Birliyinin mərkəzi laboratoriyasında geokimyaçı-qrup rəhbəri, Dənizdə neft və qaz yataqlarının işlənməsinə nəzarət ekspedisiyasının Neft geokimya qrupunun rəhbəri kimi çalışıb.
1997-1999-cu illərdə ABŞ “Frontera Resorses” neft şirkətində baş geoloq, 1999-2003-cü illərdə “Salyan Oil” Ltd. şirkətində aparıcı və işlənmə üzrə geoloq, 2003-2007-ci illərdə isə “Delta Hess ACG” Ltd. şirkətində geoloji işlər üzrə baş mütəxəssis vəzifələrində çalışıb. 2007-2022-ci illərdə “BP Exploration” (Caspian Sea Ltd.) şirkətinin kəşfiyyat şöbəsində baş geoloq, qrup rəhbəri, geoloji kəşfiyyat üzrə menecer, karbohidrogen sistemləri üzrə analitik vəzifələrində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Hazırladı: Nərmin Balacayeva
01:19 / 03 May 2026
299
00:02 / 03 May 2026
149
23:57 / 02 May 2026
259
23:53 / 02 May 2026
572
23:44 / 02 May 2026
537
23:33 / 02 May 2026
121
23:31 / 02 May 2026
317
23:20 / 02 May 2026
139
22:58 / 02 May 2026
1114
22:57 / 02 May 2026
196
22:53 / 02 May 2026
100
22:50 / 02 May 2026
107
22:47 / 02 May 2026
127
22:22 / 02 May 2026
119
22:19 / 02 May 2026
231
22:15 / 02 May 2026
105
22:08 / 02 May 2026
468
22:03 / 02 May 2026
111
21:58 / 02 May 2026
334
21:54 / 02 May 2026
122
21:43 / 02 May 2026
156
21:38 / 02 May 2026
1719
21:37 / 02 May 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.