Qar yağacaq — Hava XƏBƏRDARLIĞI
05 May 2026, 13:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1896
05.02.2026, 19:44
Son illər Azərbaycanda bankların təqdim etdiyi kredit kartları əhali arasında ən çox istifadə olunan maliyyə alətlərindən birinə çevrilib. Reklamlarda tez-tez “faizsiz müddət”, “faizsiz alış-veriş” kimi cəlbedici ifadələr səsləndirilir və bu da vətəndaşlarda kredit kartından istifadə zamanı əlavə xərc olmayacağı təəssüratı yaradır. Bəs reallıqda kredit kartlarında göstərilən “faizsiz müddət” nə deməkdir?
Oxu24.com mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, faizsiz müddət anlayışı bankların daxili qaydalarına əsaslanır:
“Qanunla belə bir məhdudiyyət yoxdur ki, faizsiz müddət neçə gün ola bilər. Bu, tamamilə bankların öz qərarından asılıdır. Məsələn, bəzi hallarda bu müddət 10 gün müəyyən olunur. Əgər həmin 10 gün ərzində borc qaytarılarsa, faiz tutulmur. Lakin artıq Azərbaycan banklarının əksəriyyətində bu cür real faizsiz müddət şərti yoxdur. Əvvəllər müəyyən banklarda belə imkanlar mövcud idi, amma indi demək olar ki, tətbiq edilmir”.
Həmçinin oxuyun
Ekspertin sözlərinə görə, kredit kartlarının “faizsiz” kimi təqdim olunması da tam dəqiq ifadə sayılmır. Çünki əksər hallarda bu yalnız qısa müddət üçün keçərli olur və vaxtında ödəniş edilmədikdə yüksək faizlər tətbiq olunur.
Beləliklə, kredit kartlarında “faizsiz müddət” anlayışı daha çox reklam xarakteri daşıyır və real praktikada geniş şəkildə istifadə olunmur. Vətəndaşlara kredit kartı götürərkən müqavilə şərtlərini diqqətlə oxumaq və xüsusilə faizsiz müddət ilə bağlı detallara önəm vermək tövsiyə olunur.
13:26 / 05 May 2026
54
13:19 / 05 May 2026
90
13:19 / 05 May 2026
30
13:07 / 05 May 2026
154
12:49 / 05 May 2026
39
12:39 / 05 May 2026
174
12:26 / 05 May 2026
47
12:16 / 05 May 2026
72
12:02 / 05 May 2026
62
11:56 / 05 May 2026
60
11:39 / 05 May 2026
209
11:35 / 05 May 2026
216
11:25 / 05 May 2026
91
10:59 / 05 May 2026
129
10:50 / 05 May 2026
44
10:24 / 05 May 2026
55
10:20 / 05 May 2026
62
10:05 / 05 May 2026
435
10:01 / 05 May 2026
59
10:00 / 05 May 2026
56
09:59 / 05 May 2026
56
09:58 / 05 May 2026
62
09:57 / 05 May 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.