Bakıda 2 milyonluq xəstəxana tikiləcək
29 Aprel 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1270
05.02.2026, 19:35
Tanınmış ekoloq:“Abşeron yarımadasında çirklənməyə məruz qalmayan göl yoxdur”
Hazırda sosial şəbəkələrdə müzakirəsi gedən mövzulardan biri Böyükşor gölünün çirklənməyə məruz qalmasıdır. Ümumiyyətlə , Abşeron yarımadasında çirklənməyə məruz qalmayan hansı göllər mövcuddur? Bəs bu çirklənmənin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Texniki Təhlükəsizlik və Ekoloji Məsələlər Üzrə Mütəxəssis, ekoloq Kənan Kərimov Oxu24.com saytının suallarını cavablandırıb.
O,bildirib ki, Böyükşor gölü ərazisində mərkəzləşdirilmiş kanalizasiya sisteminin mövcud olmaması səbəbindən tullantı sularının bir hissəsinin birbaşa həmin gölə axıdılması həqiqətə uyğun məlumat deyil.
Həmçinin oxuyun
"Böyükşora hazırda heç bir axıntı yoxdur.Sənaye tullantıları, məişət çirkab suları gölə axıdılmır.
26 dekabr 2013-cü il tarixli "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən gölün istifadəsi və mühafizəsi həyata keçirilir və buna Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir.
Gölün sahilində 15 hektardan çox ərazi abadlaşdırıldı və neftlə çirklənmiş torpaqlar təmizləndi. Ümumilikdə göllərin bərpası Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında xüsusi vurğulanıb və bu göllərin ətraflarının gələcəkdə yaşıllıq zonasına çevrilməsi planlaşdırıldığı bildirilib. Mən özüm də orda olmuşam, iy- qoxu yoxdur. Məlumdur ki, Abşeron yarımadasında 200-dən artıq göl var. Onların çoxu antropogen çirklənməyə məruz qalıb. Ən çox çirklənmə səbəbi məişət çirkab sularıdır. Misal olaraq, Xocəsən gölünü göstərmək olar.
Amma çirklənməyə məruz qalmayan göl, tam olaraq göstərə bilmirəm. Fikrimcə, belə bir göl yoxdur. Abşeron yarımadasında çirklənmə mənbəyi olan göllər isə neft hasilatı zamanı, şlam və digər neft məhsulları ilə çriklənmiş göllərdir”-deyə ekoloq bildirib.
Xatırladaq ki, ekoloqlar zaman -zaman vurğulayıb ki, Böyükşor Abşeron yarımadasının tarixən ən çox çirklənmiş göllərindən biri olub.
Əntiqə Rəşid
23:44 / 29 Aprel 2026
1
23:44 / 29 Aprel 2026
18
23:32 / 29 Aprel 2026
28
23:19 / 29 Aprel 2026
30
23:12 / 29 Aprel 2026
705
23:10 / 29 Aprel 2026
29
23:09 / 29 Aprel 2026
28
23:00 / 29 Aprel 2026
411
22:52 / 29 Aprel 2026
80
22:14 / 29 Aprel 2026
59
21:41 / 29 Aprel 2026
164
21:21 / 29 Aprel 2026
79
21:12 / 29 Aprel 2026
1349
20:56 / 29 Aprel 2026
96
20:50 / 29 Aprel 2026
67
20:39 / 29 Aprel 2026
114
20:10 / 29 Aprel 2026
105
19:56 / 29 Aprel 2026
81
19:43 / 29 Aprel 2026
90
19:28 / 29 Aprel 2026
179
19:16 / 29 Aprel 2026
220
19:02 / 29 Aprel 2026
139
18:50 / 29 Aprel 2026
207
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.