Qaynar xətt:

(+99450) 247 90 86

Bakının mərkəzi küçələrində XAOS YAŞANIR

2019-07/1562164390_1561746525_2-1.jpg

CƏMİYYƏT

629

03.07.2019, 18:43

\"\" Bakının mərkəzi küçələrinin bir neçəsində işıqforlar işləmir.
Bakl Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görəı, elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda paytaxtın S.Vurğun küçəsinin N.Yusifbəyli küçəsi ilə, N.Yusifbəyli küçəsinin X.Şuşinski küçəsi ilə, Azadlıq prospektinin N. Yusifbəyli küçəsi ilə, C.Hacıbəyli küçəsinin N.Yusifbəyli və M.Mirqasımov küçələri ilə kəsişməsində svetoforlar işləmir. Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində svetoforların işi bərpa olunub. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.