Noyabrın 15-i və 16-sı ilə bağlı XƏBƏRDARLIQ
14 Noyabr 2026, 20:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3289
13.01.2026, 22:14
“Regionda nisbi seysmik aktivləşmə müşahidə olunur. Region dedikdə isə daha dəqiq desək, seysmik aktiv zona nəzərdə tutulur. Şamaxı–İsmayıllı ərazisi Azərbaycanın ən aktiv seysmik zonalarından biridir. Tarix boyu bu ərazilərdə güclü və hiss olunan zəlzələlər baş vermişdir”.
Oxu24.com xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib. Onun sözlərinə əsasən, mövcud seysmik proseslər qonşu zəlzələ ocaqlarını da hərəkətə gətirə bilər:
“Ümumiyyətlə, bölgədə daim geodinamik və seysmik aktivlik müşahidə olunur. Müxtəlif vaxtlarda baş verən yeraltı təkanlar müasir cihazlar və seysmik stansiyalar tərəfindən qeydə alınır. Mən hər zaman xüsusilə hiss olunan zəlzələlərə diqqət çəkirəm. Şamaxı–İsmayıllı ərazisində baş verən zəlzələlərdən sonra yaxın seysmik ocaqlarda da müəyyən aktivləşmə mümkündür və bu proses bir neçə gün ərzində müşahidə oluna bilər. Eyni zamanda Aran bölgəsində, Hacıqabul istiqamətində tektonik qırılmalar mövcuddur və həmin ərazilərdə də seysmik aktivlik arta bilər”.
Seysmoloq bildirib ki, ümumilikdə, Şamaxı–İsmayıllı zonası tektonik qırılmalar, seysmik ocaqlar və tektonik pozuntularla zəngin bir ərazidir:
“Bir daha təkrar edirəm ki, tarix boyu burada hiss olunan, bəzən də dağıdıcı gücə malik zəlzələlər baş vermişdir. Xüsusilə 1667-ci və 1902-ci illərdə güclü zəlzələlər qeydə alınıb. Son illərdə isə 2014 və 2019-cu illərdə də seysmik aktivlik müşahidə edilmiş, müəyyən dağıntılar baş vermişdir. 2026-cı ilin ümumilikdə seysmik və tektonik baxımdan necə keçəcəyi barədə indidən dəqiq fikir söyləmək tezdir. Lakin bir seysmoloq kimi ilk 3–4 ayın təhlili göstərir ki, ərazi öz xüsusiyyətlərinə uyğun şəkildə müəyyən qədər aktivləşib”.
Q.Babayev açıqlamasında onu da qeyd edib ki, Azərbaycanın seysmik vəziyyətini digər ölkələrlə tam şəkildə müqayisə etmək düzgün olmaz:
“Türkiyə, İtaliya və Avropanın bəzi seysmik zonaları ilə müqayisədə ölkəmiz nisbətən daha sabit hesab olunur. Bunun əsas səbəbi tektonik hərəkətlərin və geodinamik proseslərin sürətinin o qədər də intensiv olmamasıdır.Bununla belə, Azərbaycan öz xüsusiyyətlərinə görə zəlzələ zonasına daxildir. Hesab edirəm ki, qarşıdakı ilk dövrlərdə ölkənin müxtəlif ərazilərində hiss olunan, əsasən kiçik maqnitudalı və səthə yaxın zəlzələlər baş verə bilər”.
21:11 / 14 Noyabr 2026
36
21:04 / 14 Noyabr 2026
31
21:02 / 14 Noyabr 2026
56
20:56 / 14 Noyabr 2026
63
20:50 / 14 Noyabr 2026
73
20:38 / 14 Noyabr 2026
78
20:23 / 14 Noyabr 2026
670
19:54 / 14 Noyabr 2026
83
19:50 / 14 Noyabr 2026
88
19:36 / 14 Noyabr 2026
1353
19:15 / 14 Noyabr 2026
122
19:12 / 14 Noyabr 2026
117
19:05 / 14 Noyabr 2026
109
18:50 / 14 Noyabr 2026
116
18:43 / 14 Noyabr 2026
125
18:21 / 14 Noyabr 2026
830
18:09 / 14 Noyabr 2026
137
18:06 / 14 Noyabr 2026
563
18:03 / 14 Noyabr 2026
114
17:18 / 14 Noyabr 2026
229
17:15 / 14 Noyabr 2026
133
16:20 / 14 Noyabr 2026
136
16:05 / 14 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.