Dondurma ürəyə xeyirdir
30 Aprel 2026, 00:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
786
05.02.2026, 13:18
Cefri Epşteyn işi üzrə ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlər dünya mediasında müzakirə olunmaqda davam edir.
Minlərlə səhifədən ibarət materiallarda Epşteynin müxtəlif ölkələrdə siyasi və ictimai dairələrlə mümkün əlaqələri, səfər planları və təşkilati yazışmaları yer alır. Xəbər verdiyimiz kimi, açıqlanan sənədlərdə Azərbaycana dair qeydlər də diqqət çəkir.
Oxu24.com xəbər verir ki, Epşteyn sənədlərində yer alan məlumatlara əsasən, 2014-cü ildə ABŞ Konqres üzvlərindən ibarət nümayəndə heyətinin Bakıya səfəri üçün hazırlanan gündəlikdə bir sıra azərbaycanlı rəsmi şəxslərin adları qeyd olunub. Sənədlərdə göstərilir ki, səfərin gündəliyi “Humpty Dumpty Institute” (HDİ) tərəfindən hazırlanıb. İnstitutun rəhbəri Cozef Merantedir və bu ad Epşteynə aid e-maillərdə keçən adlarla uyğunluq təşkil edir.
HDİ-nin rəsmi saytında yayımlanan məlumata görə, səfər “AzPod” şirkəti ilə birgə təşkil olunub. Gündəlikdə ABŞ Konqres nümayəndələrinin Bakıda bir sıra rəsmi və ictimai şəxslərlə görüşləri nəzərdə tutulub. Həmin siyahıda sabiq xarici işlər naziri Elmar Məmmədyarovla yanaşı, Milli Məclisin deputatı Jalə Əliyeva və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da adları yer alır.
Həmçinin oxuyun
Açıqlanan sənədlərdə Jalə Əliyevanın adı ABŞ Konqres nümayəndə heyətinin Bakıda görüşəcəyi rəsmi şəxslər sırasında göstərilir. Məlumatlara görə, bu qeyd səfərin rəsmi proqramı çərçivəsində yer alıb. Hazırda sənədlərdə Jalə Əliyevanın Cefri Epşteynlə şəxsi və ya birbaşa əlaqəsinə dair konkret iddia və ya hüquqi fakt təqdim edilmir.
Ziya Məmmədovun adı isə həmin dövrdə keçirilən görüşlər və səfərin təşkilinə dair qeydlərdə çəkilir. Sənədlər və açıq mənbələrdə onun Epşteynlə birbaşa təması barədə açıq sübut yer almasa da, ABŞ nümayəndə heyətinin Bakıya səfəri ilə bağlı materiallarda sabiq nazirin adı kontekstual şəkildə qeyd olunur. Sənədlərdə Epşteynin bu səfərin təşkili və ya nümayəndə heyətinin formalaşdırılmasında birbaşa iştirak edib-etmədiyi açıq şəkildə göstərilmir.
Lakin HDİ rəhbərinin adı ilə Epşteyn yazışmalarında keçən adların üst-üstə düşməsi və institutun bu səfərdə əsas təşkilatçı kimi göstərilməsi müzakirələrə səbəb olub. Qeyd olunur ki, sənədlərdə adı keçən şəxslərin siyahısı ittiham və ya hüquqi məsuliyyət anlamına gəlmir və daha çox səfər proqramları, görüş qeydləri və təşkilati məlumatlar xarakteri daşıyır. Hazırkı mərhələdə bu adların sənədlərdə yer alması rəsmi ittiham kimi qiymətləndirilmir, lakin Epşteyn işi ətrafında açıqlanan materiallar fonunda məsələ ictimai diqqət mərkəzində qalmaqda davam edir.
Sfera.az
00:27 / 30 Aprel 2026
35
00:14 / 30 Aprel 2026
40
23:49 / 29 Aprel 2026
119
23:44 / 29 Aprel 2026
54
23:32 / 29 Aprel 2026
62
23:19 / 29 Aprel 2026
53
23:12 / 29 Aprel 2026
1195
23:10 / 29 Aprel 2026
46
23:09 / 29 Aprel 2026
46
23:00 / 29 Aprel 2026
580
22:52 / 29 Aprel 2026
126
22:14 / 29 Aprel 2026
76
21:41 / 29 Aprel 2026
180
21:21 / 29 Aprel 2026
93
21:12 / 29 Aprel 2026
2399
20:56 / 29 Aprel 2026
112
20:50 / 29 Aprel 2026
78
20:39 / 29 Aprel 2026
130
20:10 / 29 Aprel 2026
116
19:56 / 29 Aprel 2026
97
19:43 / 29 Aprel 2026
102
19:28 / 29 Aprel 2026
198
19:16 / 29 Aprel 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.