Azərbaycanda deputat qəzaya düşdü:Ölən var
14 Noyabr 2026, 08:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1867
04.02.2026, 22:51
İxtisara düşən işçilərin hüquqları: qanun nə deyir?
Son dövrlər bir sıra sahələrdə ixtisarların artması işçilərin əmək hüquqları məsələsini yenidən gündəmə gətirib. Xüsusilə də ixtisara düşən şəxslərin hansı kompensasiyalara və müavinətlərə ümid edə biləcəyi cəmiyyətdə maraq doğurur. Məsələ ilə bağlı Əmək Məcəlləsində edilən dəyişikliklər bir çox hallarda işçilər tərəfindən ya unudulur, ya da düzgün izah olunmur. Bu səbəbdən mövcud qanunvericiliyin tələblərini diqqətinizə çatdırırıq.
Oxu24.com xəbər verir ki,əvvəllər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işçilərin sayı azaldıldıqda və ya ştat ixtisarı aparıldıqda işçi iki ay əvvəlcədən xəbərdar edilməli idi. Bu halda işçiyə iki aylıq əməkhaqqı məbləğində kompensasiya və əlavə olaraq ixtisar müavinəti ödənilirdi.
Lakin 1 yanvar 2018-ci il tarixindən etibarən Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən dəyişikliklər bu mexanizmi əhəmiyyətli dərəcədə dəyişdi. Artıq xəbərdarlıq müddəti işçinin həmin müəssisədəki əmək stajından asılı olaraq müəyyən edilir.
Xəbərdarlıq müddətləri
Yeni qaydalara əsasən:
1 ilə qədər işləyən işçiyə – 2 həftə əvvəlcədən rəsmi bildiriş verilir;
1 ildən 5 ilə qədər işləyən işçiyə – 4 həftə əvvəlcədən bildiriş verilir;
5 ildən 10 ilə qədər işləyən işçiyə – 6 həftə əvvəlcədən bildiriş verilir;
10 ildən artıq işləyən işçiyə – 9 həftə əvvəlcədən bildiriş verilir.
Xəbərdarlıq müddəti ərzində işçi həftədə bir dəfə işdən icazə ala bilər. Bu vaxtdan yeni iş axtarmaq, müsahibələrə qatılmaq üçün istifadə etmək mümkündür. Qanuna əsasən, həmin icazə günü iş günü kimi rəsmiləşdirilir və əməkhaqqı saxlanılır.
Əgər işçi xəbərdarlıq müddətini gözləmək istəmirsə, öz razılığı ilə, ona bu müddətə uyğun kompensasiya ödənilməklə əmək müqaviləsi dərhal xitam verilə bilər.
Müəssisə ləğv edildikdə, işçilərin sayı azaldıldıqda və ya ştat ixtisarı aparıldıqda əmək müqaviləsi ləğv olunur və işçiyə əmək stajına uyğun ixtisar müavinəti ödənilir:
1 ilə qədər işləyənlərə – orta aylıq əməkhaqqı məbləğində;
1 ildən 5 ilə qədər işləyənlərə – orta aylıq əməkhaqqının 1,4 misli;
5 ildən 10 ilə qədər işləyənlərə – orta aylıq əməkhaqqının 1,7 misli;
10 ildən artıq işləyənlərə – orta aylıq əməkhaqqının 2 misli miqdarında müavinət verilir.
Mütəxəssislər bildirirlər ki, ixtisar zamanı işçilərin ən çox yol verdiyi səhv hüquqlarını dəqiq bilməmələridir. Halbuki Əmək Məcəlləsində nəzərdə tutulan bu mexanizmlər işçinin sosial müdafiəsini təmin etməyə yönəlib. Bu səbəbdən ixtisara düşən hər bir işçi rəsmi bildiriş, kompensasiya və müavinət məsələlərində qanunun tələblərini diqqətlə izləməlidir.
Hazırladı: Miri Məcidli
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.