Soyuducuya maqnit yapışdıranlara CİDDİ XƏBƏRDARLIQ
06 Aprel 2026, 23:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5517
04.02.2026, 16:04
Sabiq nazirin kadrları postlarını itirdi: Ədliyyə Nazirliyində genişmiqyaslı kadr dəyişiklikləri
Konstitusiya Məhkəməsinin hakimi, sabiq ədliyyə naziri Fikrət Məmmədovun dövründə vəzifəyə təyin olunmuş kadrların böyük əksəriyyəti postlarını itirib.
2024-cü il fevralın 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Əhmədov ədliyyə naziri təyin edilib. O, bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışıb.
Ədliyyə Nazirliyinin Aparatına 14 idarə və baş idarə daxildir.
Oxu24.com-un məlumatına görə, Fərid Əhmədov vəzifəyə başladıqdan sonra nazirlikdə genişmiqyaslı kadr islahatlarına start verilib.
Nəticədə idarə və baş idarə rəislərinin əksəriyyəti vəzifəsindən azad edilib və yerinə yeni təyinatlar aparılıb.
2024-cü il ərzində vəzifəsindən azad edilənlər arasında aşağıdakı şəxslər var:
Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov,
Qanunvericilik baş idarəsinin rəisi Adil Şirməmməd oğlu Əliyev,
Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Mehman Soltanov,
İcra xidmətinin rəisi İlqar Cəfərov,
Probasiya xidmətinin rəisi Akşin Ziyadov,
Bələdiyyələrlə iş baş idarəsinin rəisi Rəhman Məmmədov,
Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi Malik Ələkbərov,
İnsan resursları idarəsinin rəisi Rauf Məhərrəmov,
Həmçinin oxuyun
Maliyyə və təminat idarəsinin rəisi Aslan Muradov,
İstintaq idarəsinin rəisi Nazim Abbasov.
Bundan əlavə, 2024-cü ilin iyun ayında Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş, eləcə də Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar üzrə yeni idarələr yaradılıb.
2015- ci ildə Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunan Adil Əbilov 2024-cu ilin iyun ayında vəzifəsindən azad edilib müvəqqəti Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinin rəisi təyin edilib.
Adil Əbilov elə həmin ilin avqust ayında nazir Fərid Əhmədovun əmri ilə Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinin rəisi təyin edilib.
Nazirliyin strukturunda dəyişikliklər bununla da yekunlaşmayıb. Belə ki:
Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Elçin Qasımov,
Tibb baş idarəsinin rəisi Rəfael Mehdiyev,
Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev də vəzifələrindən azad ediliblər.
Kadr islahatları fonunda sabiq nazirin dövründən yalnız iki şəxs postunu qoruyub. Bunlar nazir müavinləri Eldar Nuriyev və Mirsaleh Seyidovdur. Mirsaleh Seyidov həm də Pentensiar Xidmətin rəisidir. Digər nazir müavinləri Azər Cəfərov, Vilayət Zahirov və Toğrul Musayev isə vəzifələrindən azad edilib.
Fotoda: Mirsaleh Seyidov
Fotoda: Eldar Nuriyev
Hazırladı:Nərmin Balacayeva
00:58 / 07 Aprel 2026
2
00:32 / 07 Aprel 2026
27
23:58 / 06 Aprel 2026
37
23:36 / 06 Aprel 2026
142
23:18 / 06 Aprel 2026
146
23:00 / 06 Aprel 2026
76
22:44 / 06 Aprel 2026
177
22:31 / 06 Aprel 2026
80
22:16 / 06 Aprel 2026
210
22:07 / 06 Aprel 2026
216
21:52 / 06 Aprel 2026
182
21:33 / 06 Aprel 2026
79
21:26 / 06 Aprel 2026
87
21:08 / 06 Aprel 2026
94
20:56 / 06 Aprel 2026
210
20:50 / 06 Aprel 2026
211
20:38 / 06 Aprel 2026
182
20:30 / 06 Aprel 2026
84
20:10 / 06 Aprel 2026
249
20:06 / 06 Aprel 2026
117
20:02 / 06 Aprel 2026
165
20:00 / 06 Aprel 2026
234
19:55 / 06 Aprel 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.