Koroğluda piyadanı vuran şəxs futbolçu imiş - FOTO
28 Aprel 2026, 00:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
559
04.02.2026, 15:33
Milli Məclisin ötən gün keçirilən iclasında deputat Fazil Mustafa İranda baş verən proseslərlə bağlı mühüm açıqlama verib.
Oxu24.com-un məlumatına görə, millət vəkili bildirib ki, mövcud vəziyyət Azərbaycan dövləti üçün potensial risklər yarada bilər və bu istiqamətdə həm dövlət qurumları, həm də cəmiyyət hazırlıqlı olmalıdır.
Fazil Mustafanın sözlərinə görə, ehtimal olunur ki, dövlət qurumlarının və xüsusi xidmət orqanlarının İranda baş verən proseslərlə bağlı kifayət qədər məlumatı mövcuddur və müəyyən fəaliyyət planları üzərində iş aparılır. Lakin deputat əsas diqqətin cəmiyyətin bu proseslərə necə hazırlandığına yönəldilməli olduğunu vurğulayıb.
Həmçinin oxuyun
“Bütün dünya İranda baş verə biləcək proseslərə hazırlıqlı şəkildə daxil olmağa çalışır. Türkiyədən tutmuş digər ölkələrə qədər hər kəs mümkün ssenariləri nəzərə alır. Biz də media vasitəsilə cəmiyyəti mümkün proqnozlara alışdırmalıyıq”, – deyə deputat qeyd edib.
Millət vəkili əlavə edib ki, xüsusilə mümkün qaçqın axınları və digər humanitar risklər fonunda cəmiyyətin necə davranmalı olduğu əvvəlcədən izah edilməlidir: “Bu proseslər olduqca ciddidir və İranda baş verən hadisələrin Azərbaycan üçün təhlükə yaratması istisna olunmur. Ona görə də cəmiyyət bu ssenarilərə hazır olmalıdır”.
Deputatın fikrincə, informasiya siyasəti və maarifləndirmə bu mərhələdə əsas vasitələrdən biri olmalıdır.
01:07 / 28 Aprel 2026
85
00:07 / 28 Aprel 2026
196
23:26 / 27 Aprel 2026
299
22:44 / 27 Aprel 2026
109
22:42 / 27 Aprel 2026
5771
22:42 / 27 Aprel 2026
123
22:32 / 27 Aprel 2026
187
22:26 / 27 Aprel 2026
123
22:13 / 27 Aprel 2026
104
22:09 / 27 Aprel 2026
135
22:01 / 27 Aprel 2026
293
21:56 / 27 Aprel 2026
2007
21:53 / 27 Aprel 2026
116
21:52 / 27 Aprel 2026
85
21:43 / 27 Aprel 2026
430
21:40 / 27 Aprel 2026
102
21:38 / 27 Aprel 2026
114
21:27 / 27 Aprel 2026
132
21:15 / 27 Aprel 2026
200
21:02 / 27 Aprel 2026
129
20:45 / 27 Aprel 2026
96
20:30 / 27 Aprel 2026
276
20:22 / 27 Aprel 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.