Azərbaycanda daha bir məşhur veriliş bağlandı - FOTO
27 Aprel 2026, 22:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
549
04.02.2026, 15:08
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində Mərkəzi laboratoriya tərəfindən Böyükşor gölündən götürülmüş su nümunələrinin analiz nəticələrinə görə göldə yeni fekal çirklənmə, yəni kanalizasiya sularının axıdılması faktı təsdiq edilmir.
Bu barədə Oxu24.com-a Xidmətdən bildirilib.
Qeyd edilib k, göl suyunda ammonium ionunun qatılığının aşağı olması yeni fekal çirklənmənin olmadığına dəlalət edir.
Göl suyunun mühit reaksiyasının qələvi olması və səthi aktiv maddələrin aşkarlanması suda daha çox yuyucu vasitələrin (detergentlər) mövcudluğunu göstərir.
Həmçinin oxuyun
Yüksək elektrik keçiriciliyi, həll olmuş duzların və xloridlərin yüksək miqdarı küləksiz günlərdə səthi aktiv maddələrin suda qeyri aktiv formada olmasına səbəb olur.
Küləkli hava şəraitində isə suyun mexaniki qarışması və hava ilə təmasının artması nəticəsində səthi aktiv maddələr səthdə toplanaraq köpük əmələ gətirir. Bu, sabunlu sular üçün tipik olan fiziki reaksiya ilə şərtlənən köpüklənmə effektidir, yəni ani çirklənmə hadisəsi deyil.
"Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan xətti üzrə inşasına başlanılmış 10.4 km-lik kollektorun, həmçinin Biləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Mehdiabad və Digah xətti üzrə 16 km-lik gətirici kollektorun və məhsuldarlığı 40 000 m3/gün olan qurğunun tikintisi və Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərində və Abşeron yarımadasında sutəchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2030-cu illər üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi təmin ediləcək. Nəticədə ətraf ərazilərdə formalaşan tullantı sularının idarə ediləcək və Böyükşor gölünün ekoloji vəziyyəti yaxşılaşacaq”, - Dövlət Xidmətinin məlumatında vurğulanıb.
22:09 / 27 Aprel 2026
1
22:01 / 27 Aprel 2026
42
21:56 / 27 Aprel 2026
382
21:53 / 27 Aprel 2026
32
21:52 / 27 Aprel 2026
25
21:43 / 27 Aprel 2026
198
21:40 / 27 Aprel 2026
32
21:38 / 27 Aprel 2026
34
21:27 / 27 Aprel 2026
46
21:15 / 27 Aprel 2026
133
21:02 / 27 Aprel 2026
59
20:45 / 27 Aprel 2026
49
20:30 / 27 Aprel 2026
179
20:22 / 27 Aprel 2026
164
20:08 / 27 Aprel 2026
126
19:56 / 27 Aprel 2026
204
19:46 / 27 Aprel 2026
72
19:35 / 27 Aprel 2026
78
19:26 / 27 Aprel 2026
85
19:15 / 27 Aprel 2026
212
18:54 / 27 Aprel 2026
130
18:37 / 27 Aprel 2026
206
18:20 / 27 Aprel 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.