Diş implantının damağa ziyanı varmı?
24 Fevral 2026, 15:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
556
04.02.2026, 10:55
Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə Hüseyn Abdullayevin şikayətini geri götürdüyü məlum olub.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Hüseyn Abdullayev 3 il dövlət və özəl sektorda vəzifə tutmaq hüququ məhdudlaşdırılmaqla 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Abdullayev Hüseyn Abbas oğlu və qeyriləri tərəfindən bir sıra Avropa ölkələrində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasına dair xarici ölkələrin aidiyyəti orqanlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun aidiyyəti idarəsində araşdırmalar aparılmış və daxil olmuş materiallar İstintaq idarəsinə təqdim edilməklə istintaq yolu ilə araşdırılıb.
İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata kiçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirləri davam etdirilməklə, leqallaşdırma hesabına əldə edilmiş əmlaklar, digər qanunsuz maliyyə əməliyyatları və əqdlər barədə ayrı-ayrı ölkələrə hüquqi yardımların göstərilməsi ilə bağlı vəsatətlər göndərilib, eləcə də, həmin ölkələrin səlahiyyətli orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində zəruri olan bütün tədbirlər icra edilir.
Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib.
O, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluqda ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
15:54 / 24 Fevral 2026
2
15:52 / 24 Fevral 2026
23
15:40 / 24 Fevral 2026
137
15:36 / 24 Fevral 2026
28
15:05 / 24 Fevral 2026
43
14:52 / 24 Fevral 2026
67
14:40 / 24 Fevral 2026
50
14:28 / 24 Fevral 2026
47
14:08 / 24 Fevral 2026
772
14:02 / 24 Fevral 2026
52
14:02 / 24 Fevral 2026
208
13:48 / 24 Fevral 2026
257
13:43 / 24 Fevral 2026
58
13:07 / 24 Fevral 2026
234
12:52 / 24 Fevral 2026
814
12:42 / 24 Fevral 2026
66
12:38 / 24 Fevral 2026
596
12:35 / 24 Fevral 2026
95
12:32 / 24 Fevral 2026
76
12:26 / 24 Fevral 2026
58
12:13 / 24 Fevral 2026
241
12:10 / 24 Fevral 2026
165
12:03 / 24 Fevral 2026
175
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.