Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
09 May 2026, 10:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
520
03.02.2026, 19:12
Dünən Azərbaycanda Gənclər Günü qeyd olundu. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Bu tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Milli Liderin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.
Oxu24.com-a aşıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki,hazırda 10 milyon 224 min əhalimizin 2 milyon 300 mini 14-29 yaşında olan vətəndaşlarımızdır. Onların 1 milyon 206 mini kişi, 1 milyon 94 min isə qadındır. Rəsmi statistikaya əsasən, gənclərin 5.3 faizi işsizdir. Bu yaş qrupu üzrə işsizlik səviyyəsi kişilərdə 4.6, gənc xanımlar də isə 6.1 faizdir.
Həmçinin oxuyun
"2726 gəncimiz fəlsəfə, 578 nəfəri isə elmlər doktorluğu almaq üçün təhsillərini davam etdirir. Fəlsəfə doktorluq dərəcəsi almaq istəyən gənclərimizin sayında artımlar olsa da, elmlər doktoru olmağa can atanların sayı azalıb. Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 2,5 faizini 25 yaşadək, 13,7 faizini 25-29 yaşda olan gənclər təşkil edir. 2024/2025-cü tədris ilinin əvvəlinə xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan Azərbaycan gənclərinin sayı 1111 nəfər olub. Onun 212-si MDB ölkələrini, qalanı isə digər dövlətləri seçib. Gənclərimizin təhsilə marağının yüksəlməsi onların cəmiyyətin inkişafında daha fəal iştirakından xəbər verir",-deyə o bildirib.
Mehin Mehmanqızı
10:27 / 09 May 2026
1
10:26 / 09 May 2026
9
10:25 / 09 May 2026
9
10:24 / 09 May 2026
11
10:07 / 09 May 2026
46
10:01 / 09 May 2026
40
01:00 / 09 May 2026
121
00:48 / 09 May 2026
352
00:30 / 09 May 2026
386
00:21 / 09 May 2026
351
00:00 / 09 May 2026
136
23:40 / 08 May 2026
123
23:25 / 08 May 2026
2592
23:17 / 08 May 2026
330
22:47 / 08 May 2026
250
22:38 / 08 May 2026
137
22:28 / 08 May 2026
325
22:14 / 08 May 2026
150
22:13 / 08 May 2026
107
22:06 / 08 May 2026
103
21:59 / 08 May 2026
105
21:48 / 08 May 2026
2198
21:39 / 08 May 2026
326
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.