Azərbaycanda deputat qəzaya düşdü:Ölən var
14 Noyabr 2026, 08:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1236
03.02.2026, 18:57
Bir neçə gün əvvəl Danimarkada məktəblərdə mobil telefonların istifadəsini məhdudlaşdıran yeni qanun tətbiq olunması ilə bağlı verilən xəbər diqqətimizi öz məktəblərimizə yönəltdi.
Azərbaycanda da məktəblərdə telefon qadağan oluna bilərmi?Telefonun dərsə mənfi və müsbət təsirləri barədə nə deyə bilərsiniz?
Oxu24.com-un suallarını tanınmış təhsil eksperti Şəmsi Qoca cavablandırıb.
O bildirib ki, “ağıllı telefonlar” şagirdin diqqətini tamamilə dağıdan, onu dərs mühitindən qoparan bir "virtual divar"dır:”Azərbaycan məktəblərində telefonun qadağan olunması məsələsi artıq müzakirə deyil, zərurət həddinə çatıb. Bir təcrübəli pedaqoq kimi müşahidə edirəm ki, telefon bu gün siniflərdə köməkçi vasitə olmaqdan çox, şagirdin diqqətini tamamilə dağıdan, onu dərs mühitindən qoparan bir "virtual divara" çevrilib. Müəllimin can yanğısı ilə izah etdiyi mövzu, telefonun balaca ekranındakı rəngarəng bildirişlərin kölgəsində qalır. Bu səbəbdən, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də dərs zamanı telefondan istifadənin qadağan olunması, şagirdin yenidən kitaba və müəllimə dönməsi üçün vacib bir addımdır”.
Ekspert onu da qeyd edib ki, telefonun dərsə mənfi təsirləri müsbət tərəflərini qat-qat üstələyir:” Ən böyük problem "diqqət dağınıqlığı" və şagirdlərin bir-biri ilə canlı ünsiyyətdən qaçmasıdır. Tənəffüsdə belə uşaqlar qaçıb oynamır, söhbət etmir, hərəsi bir küncdə öz telefonuna qapanır. Bu da sosiallaşmanı zəiflədir və uşaqlarda asılılıq yaradır. Müsbət tərəfi kimi internetdəki məlumatlara sürətli çıxışı göstərsələr də, acı həqiqət budur ki, şagirdlərin mütləq əksəriyyəti o cihazdan tədqiqat üçün deyil, əyləncə və vaxt öldürmək üçün istifadə edir. Mənim qənaətim belədir ki, məktəb – canlı təfəkkür, müzakirə və ünsiyyət yeridir. Şagird məktəb binasına daxil olduğu andan telefonu xüsusi qutulara təhvil verməli, dərs bitdikdən sonra geri almalıdır. Biz uşaqlarımızı rəqəmsal dunyaanın içindən çıxarıb yenidən real həyata qaytarmalıyıq. Texnologiya evin qapısında dayanmalı, məktəbdə isə müəllimin səsi və kitabın nuru hakim olmalıdır -deyə təhsil eksperti Şəmsi Qoca vurğulayıb.
Qeyd edək ki, bu gündən Gürcüstanda da orta məktəblərdə mobil telefon, planşet və digər rabitə vasitələrinin istifadəsi yasaqlanacaq.
Qadağa həm dövlət, həm də özəl məktəblərdə tətbiq olunacaq. Təhsil, elm və gənclər nazirinin müavini Tamar Maxaraşvili bildirib ki, məhdudiyyət mobil telefon və planşetlərlə yanaşı, “ağıllı saatlar” və digər ünsiyyət qurğularını da əhatə edir. Yasağın tələbləri yalnız şagirdlərə deyil, müəllimlərə də şamil olunacaq.
Əntiqə Rəşid
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.