Mayda pensiya gözləyənlərə XƏBƏR
11 May 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1287
22.01.2026, 15:19
Bu gün Azərbaycanın tarixində daha bir qürur günüdür. 1990-cı ilin bu günü Bakıda qanlı Yanvar faciəsi qurbanlarının – şəhidlərin dəfn mərasimi keçirilib. Fövqəladə vəziyyət rejiminə baxmayaraq milyondan çox adam azadlıq şəhidlərini son mənzilə yola salıb.
Oxu24.com xəbər verir ki, Ədalət Partiyasının sədri Mütəllim Rəhimov o günləri belə xatırlayıb:”20 Yanvar hadisələri zamanı mən orta məktəbin son sinfində oxuyurdum. Hadisənin faciəvi mənzərəsi bölgələrdə daha dəhşətli hiss olunurdu. Ağızdan-ağıza keçən epizodlar hadisənin şişirdilmiş obrazını yaratmışdı. Təbii ki, buna uyğun olaraq sovet ordusuna qarşı nifrət də güclü idi. İnsanların içərisində həm də üsyan vardı. Buna görə də sovetlərin qorxu xofuna baxmayaraq heç kim işə çıxmadı, məktəblər bağlandı.
Amma 22 yanvarda sovet-rus tanklarının, gülləsinin altında qorxmadan, çəkinmədən 20 yanvar şəhidlərinin böyük izdihamla dəfn edilməsi xalqımızın bir daha qorxmaz, cəsarətli, böyük xalq olduğunu təsdiqlədi.
Həmin gün axın-axın xiyabana ziyarətə gələnləri gördükcə düşünürük ki, Azərbaycan xalqı azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidləri daim hörmətlə anacaq, 20 Yanvar hadisələri zamanı keçdikcə daha obyektiv dərk edilir.
İlk dövrlərdə faciə kimi təqdim edilsə də, artiq 20 Yanvara qəhrəmanlıq dastanı kimi baxılır. Bu daha doğru yanaşmadır. Zaman ən böyük hakimdir və hər bir hadisənin obyektiv qiymətini verir"-deyə Mütəllim Rəhimov qeyd edib.
Əntiqə Rəşid
11:53 / 11 May 2026
1
11:43 / 11 May 2026
79
11:18 / 11 May 2026
30
11:07 / 11 May 2026
134
11:05 / 11 May 2026
44
10:59 / 11 May 2026
305
10:53 / 11 May 2026
46
10:46 / 11 May 2026
382
10:42 / 11 May 2026
64
10:41 / 11 May 2026
54
10:38 / 11 May 2026
45
10:23 / 11 May 2026
331
10:21 / 11 May 2026
56
10:20 / 11 May 2026
48
10:18 / 11 May 2026
45
09:48 / 11 May 2026
69
09:45 / 11 May 2026
56
00:40 / 11 May 2026
357
00:29 / 11 May 2026
217
00:17 / 11 May 2026
404
23:54 / 10 May 2026
390
23:46 / 10 May 2026
383
22:48 / 10 May 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.