Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
14 Noyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6558
22.01.2026, 11:06
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycanın təhsil müəssisələrindəki əlavə təhsil istisna olmaqla ödənişli təhsilinin haqqı dövlət tərəfindən qarşılanacaq.
Oxu24.com xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişiklik edilir.
Qanun laihəsinə parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında baxılacaq.
Qeyd edilib ki, "Təhsil haqqında" qanunun 14.8-1-ci maddəsinə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi" Qaydasının 8.2-ci bəndinə əsasən yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün dəlavə təhsil ödənişlidir və onların təhsilinə dövlət büdcəsindən vəsait ayrılmır.
Sənəddə qeyd edilib ki, bu xüsusda, sözügedən məsələ ilə bağlı yuxarıda qeyd olunannormativ hüquqi aktlar arasında ziddiyyətin aradan qaldırılması məqsədilə "Təhsil haqqında" qanunun 14.8-1-ci maddəsində dəqiqləşdirmə xarakterli müvafiq dəyişikliklər edilir.
***
Azərbaycanda orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması təklif olunur.
Oxu24.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxış edib.
Onun sözlərinə görə, rəqəmsallaşdırma dərsliklərdə səhvlər olduğu halda düzəldilməsini asanlaşdıracaq:
"Yəqin ki, Elm və Təhsil Nazirliyi bunun üzərində işləyir. Rəqəmsallaşdırıldığı təqdirdə, bu prosesdə dəyişiklikləri etmək və daha sürətli formada şagirdlərə təqdim etmək imkanı daha çoxdur".
***
Milli Məclisdə xaricdə təhsil almış məzunlarla əlaqədar dinləmənin keçirilməsi təklif olunub.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.
Deputat qeyd edib ki, artıq xaricdə təhsillə bağlı dövlət proqramının həyata keçirilməsindən 10 ildən çox vaxt keçir:
"Artıq minlərlə gənc xaricdə təhsil alaraq ölkəyə qayıdıb və onların harada işləməsi, hansı sektorlarda fəaliyyət göstərməsi, ölkənin inkişafına necə töhfə verməsi ciddi təhlil olunmalıdır. Bu proqramlara böyük maliyyə vəsaiti ayrılır və həmin vəsaitin səmərəliliyi də cəmiyyət üçün açıq şəkildə izah olunmalıdır".
Deputatın fikrincə, bəzi universitetlərdəki bir sıra ixtisaslar bazarın tələblərinə uyğun gəlmir:
"Texnologiyalar, ətraf mühit dəyişir. Yeni qlobal tendensiyalar var. Biz nə qədər sürətlə bu tendensiyalara uyğunlaşa bilirik və nə qədər sürətlə yeni ixtisaslar aça bilirik? Bəlkə hansısa sahələrdə universitetlərə muxtariyyət vermək olar ki, onlar daha çevik formada ixtisaslar aça bilsinlər. Düşünürəm ki, bu məsələni Elm və Təhsil Nazirliyi ilə birgə müzakirə etməliyik".
***
Azərbaycanda qatlanan cib bıçaqlarının satışının qadağan edilməsi təklif olunur.
Bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərli komitənin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, həmin vasitələr daha çox yeniyetmə və gənclər üçün maraqlıdır:
"Gənclər arasında bıçaqlanma hadisələrinin tez-tez baş verməsi təəssüf doğurur. Statistika göstərir ki, hadisələr daha çox cibdə gəzdirilən, qatlanan bıçaqlarla törədilir. Ona görə də həmin bıçaqların satışı və istifadəsinin qadağan olunması məqsədəuyğundur".
15:45 / 14 Noyabr 2026
43
15:27 / 14 Noyabr 2026
190
15:25 / 14 Noyabr 2026
81
15:07 / 14 Noyabr 2026
145
15:05 / 14 Noyabr 2026
95
14:44 / 14 Noyabr 2026
121
14:31 / 14 Noyabr 2026
96
14:24 / 14 Noyabr 2026
451
14:19 / 14 Noyabr 2026
100
14:15 / 14 Noyabr 2026
94
14:09 / 14 Noyabr 2026
230
13:50 / 14 Noyabr 2026
2137
13:48 / 14 Noyabr 2026
124
13:16 / 14 Noyabr 2026
120
13:03 / 14 Noyabr 2026
107
12:49 / 14 Noyabr 2026
134
12:25 / 14 Noyabr 2026
125
12:09 / 14 Noyabr 2026
133
11:58 / 14 Noyabr 2026
130
11:50 / 14 Noyabr 2026
118
11:39 / 14 Noyabr 2026
111
11:19 / 14 Noyabr 2026
133
11:09 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.