Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
14 Noyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1536
21.01.2026, 11:11
Hərbi xidmətdən möhlət hüququ verilən vaxtın başa çatmasına az qalan şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər.
Oxu24.com-un məlumatına görə, bu barədə Report-un sorğusuna son zamanlar müxtəlif xəstəliklər səbəbindən hərbi xidmətdən möhlət hüququ alanların təkrar müayinədən keçməli olması ilə bağlı yayılan məlumatlar haqqında sorğusuna cavabında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
Şöbə rəisi qeyd edib ki, hərbi xidmətdən möhlət hüququ olan istənilən şəxs möhlət hüququ sona çatdıqdan sonra qeydiyyatda olduğu şöbəyə yaxınlaşmalı və müvafiq proseduralardan keçməlidir:
"Sağlamlıq durumu, ailə vəziyyəti və digər səbəblərdən hərbi xidmətdən möhləti hüququ olan vətəndaşlar möhlət vaxtı bitdikdə mütləq qaydada qeydiyyatda olduqları struktur bölməmizə yaxınlaşmalıdırlar və bunu görə birbaşa özləri məsuliyyət daşıyır".
O bildirib ki, möhlət hüququnun sona çatmaq müddəti həm vətəndaşın hərbi biletində qeyd olunur, həm də bu barədə onun "MyGov" tətbiqində olan şəxsi kabinetinə bildiriş göndərilir:
"Bəzən olur ki, vətəndaş buna riayət etmir və nəticədə onun ölkədən çıxışına məhdudiyyət qoyulur, inzibati qaydada cərimələnir, hətta cinayət təqibinə cəlb oluna bilər. Ona görə də bu halların baş verməməsi üçün qeyd olunan kateqoriyadan olan vətəndaşlara müraciət edərək bildirmək istərdik ki, mütləq qaydada hərbi biletlərində olan qeydlərə diqqət yetirsinlər və ya "MyGov" tətbiqini yükləyərək bildirişlər vasitəsilə məlumatlar alıb, vaxtında qeydiyyatda olduqları struktur bölməmizə yaxınlaşsınlar",- deyə şöbə rəisi qeyd edib.
16:05 / 14 Noyabr 2026
19
15:45 / 14 Noyabr 2026
62
15:27 / 14 Noyabr 2026
201
15:25 / 14 Noyabr 2026
84
15:07 / 14 Noyabr 2026
160
15:05 / 14 Noyabr 2026
98
14:44 / 14 Noyabr 2026
126
14:31 / 14 Noyabr 2026
99
14:24 / 14 Noyabr 2026
493
14:19 / 14 Noyabr 2026
102
14:15 / 14 Noyabr 2026
96
14:09 / 14 Noyabr 2026
237
13:50 / 14 Noyabr 2026
2236
13:48 / 14 Noyabr 2026
125
13:16 / 14 Noyabr 2026
121
13:03 / 14 Noyabr 2026
108
12:49 / 14 Noyabr 2026
136
12:25 / 14 Noyabr 2026
127
12:09 / 14 Noyabr 2026
135
11:58 / 14 Noyabr 2026
131
11:50 / 14 Noyabr 2026
119
11:39 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.