Sabiq nazirə ağır itki üz verib
14 Noyabr 2026, 17:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
690
20.01.2026, 10:45
Daxili İşlər Nazirliyi (DİN) qarlı hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Oxu24.com xəbər verir ki, müraciətdə deyilir:
"Hazırda əvvəlcədən xəbərdarlıq edildiyi və proqnozlaşdırıldığı kimi, o cümlədən paytaxtda və digər şəhər və rayonlarda yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur. Mövcud vəziyyət yol hərəkətinin təhlükəsizliyinə birbaşa təsir göstərir və hər kəsdən daha yüksək diqqət və məsuliyyət tələb edir.
Xüsusilə qeyd etmək istəyirik ki, hazırkı hava şəraiti ilə əlaqədar olaraq yol örtüyündə sürüşmə ehtimalı çox yüksəkdir. Bəzi ərazilərdə, xüsusilə qar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və qəza riskini yüksəldir.
Bu səbəbdən sürücülərdən xahiş edirik ki, hərəkət zamanı son dərəcə ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorusunlar, sürət həddinə ciddi şəkildə riayət etsinlər, qəfil manevrlərdən çəkinsınlər və yol hərəkəti qaydalarına tam əməl etsinlər.
Eyni zamanda piyadalardan da xahiş edirik ki, yolları yalnız müəyyən edilmiş keçidlərdən keçsinlər, sürüşkən yol örtüyünü nəzərə alsınlar, nəqliyyat vasitələrinin yaxınlaşmasına xüsusi diqqət yetirsinlər və öz təhlükəsizliklərini daim ön planda saxlasınlar.
Bir daha bütün yol hərəkəti iştirakçılarını ayıq-sayıq olmağa, diqqətli davranmağa və qarşılıqlı anlayış nümayiş etdirməyə çağırırıq. Yalnız yol hərəkəti qaydalarına riayət etməklə və ehtiyatlı olmaqla mümkün risklərin qarşısını almaq mümkündür".
17:18 / 14 Noyabr 2026
1
17:15 / 14 Noyabr 2026
13
16:20 / 14 Noyabr 2026
81
16:05 / 14 Noyabr 2026
114
15:45 / 14 Noyabr 2026
100
15:27 / 14 Noyabr 2026
250
15:25 / 14 Noyabr 2026
110
15:07 / 14 Noyabr 2026
215
15:05 / 14 Noyabr 2026
121
14:44 / 14 Noyabr 2026
153
14:31 / 14 Noyabr 2026
114
14:24 / 14 Noyabr 2026
610
14:19 / 14 Noyabr 2026
115
14:15 / 14 Noyabr 2026
106
14:09 / 14 Noyabr 2026
257
13:50 / 14 Noyabr 2026
2725
13:48 / 14 Noyabr 2026
141
13:16 / 14 Noyabr 2026
136
13:03 / 14 Noyabr 2026
116
12:49 / 14 Noyabr 2026
149
12:25 / 14 Noyabr 2026
137
12:09 / 14 Noyabr 2026
145
11:58 / 14 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.