Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı - VİDEO
18 Aprel 2026, 00:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
670
20.01.2026, 00:51
Damarlarda xolesterinin yığılması ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbidir.
Bəzi qida məhsulları var ki, bu məhsullar orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salır, damarları xolesterindən təmizləməyə yardım edir.
Mütəxəssislər bu məhsulları qidalanmaya daim daxil etməyi tövsiyə edirlər. Saglamolun.az sizə bu məhsulların siyahısını təqdim edir:
1. Sarımsaq
Bu tərəvəzi hətta "təbii statin" adlandırırlar. (Statinlər orqanizmdə xolesterinin səviyyəsini salan dərman preparatlarıdır.) Mütəxəssislər hər gün 1-2 diş sarımsaq yeməyi tövsiyə edirlər.
2. Zeytun yağı
Faydalı xüsusiyyətlərinə görə zeytun yağına "duru qızıl" deyilir. Zeytun yağı nəinki orqanizmdə xolesterinin səviyyəsini aşağı salır, həmçinin damarlarda iltihabı da azaldır. Bu xüsusilə vacibdir ki, xolesterin sağlam damarlarda deyil, iltihablaşmış damarlarda yığılır.
Mütəxəssilər hər gün 1 x.q. zeytun yağını istehlak etməyi tövsiyə edirlər. Yağı salatlara, hazır yeməklərə əlavə etmək daha faydalıdır.
3. Badam
Bütün çərəzlər damarların sağlamlığına müsbət təsir edir. Bu onların tərkibində olan Omeqa3 və Omeqa6 yağlı turşularla izah olunur. Bu mənada damarlar üçün ən faydalı çərəz badam sayılır.
Həmçinin oxuyun
4. Nar
Nar xolesterinin səviyyəsini aşağı salan, damarları təmizləyən ən güclü təbii vasitələrdən biridir.
5. Sarıkök
Sarıkökün faydaları saymaqla bitmir. Bu möcüzəvi ədviyyat həmçinin xolesterinin səviyyəsini aşağı salaraq damarların kirəcləşməsinin qarşısını alır.
6. Balıq
Yağlı dəniz balığı polidoymamış yağ turşuları ilə zəngindir. Bu yağ turşuları orqanizmdə xolesterini aşağı salır və həmçinin damarlarda iltihabı azaldır ki, bu da xolesterinin damarlarda yığılmasına mane olur.
Qida mütəxəssisləri həftədə 1-2 dəfə balıq yeməyi tövsiyə edirlər.
7. Göyərti (cəfəri, kahı, ispanaq, təzə sarımsaq və s.)
Karotinoidlər, lütein və həll olunmayan qidalı liflərlə zəngin olan göyərti orqanizmdə xolesterinin səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salır. Lakin müalicəvi effekt almaq üçün göyərtini hər gün yemək lazımdır.
00:43 / 18 Aprel 2026
7
00:02 / 18 Aprel 2026
52
23:45 / 17 Aprel 2026
47
23:43 / 17 Aprel 2026
255
23:41 / 17 Aprel 2026
44
23:39 / 17 Aprel 2026
172
23:35 / 17 Aprel 2026
156
23:29 / 17 Aprel 2026
73
23:10 / 17 Aprel 2026
251
23:07 / 17 Aprel 2026
685
22:40 / 17 Aprel 2026
153
22:31 / 17 Aprel 2026
71
22:24 / 17 Aprel 2026
1706
22:21 / 17 Aprel 2026
93
22:21 / 17 Aprel 2026
53
22:19 / 17 Aprel 2026
46
22:12 / 17 Aprel 2026
67
22:08 / 17 Aprel 2026
82
21:59 / 17 Aprel 2026
68
21:57 / 17 Aprel 2026
52
21:51 / 17 Aprel 2026
61
21:48 / 17 Aprel 2026
196
21:34 / 17 Aprel 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.