Sabiq nazirə ağır itki üz verib
14 Noyabr 2026, 17:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
786
20.01.2026, 09:10
1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixində ən ağır sınaqlardan biri olmaqla yanaşı, milli ləyaqətin və azadlıq iradəsinin sarsılmazlığını nümayiş etdirən taleyüklü mərhələdir. Totalitar sovet rejimi tərəfindən dinc əhaliyə qarşı törədilmiş bu hərbi təcavüz bir xalqın susdurulması deyil, əksinə, onun tarixi oyanışının başlanğıcı oldu.
Qanlı Yanvar gecəsi qadın, uşaq, qoca demədən silahsız insanların qətlə yetirilməsi insanlıq əleyhinə cinayət kimi tarixə həkk olundu. Lakin bu zorakılıq Azərbaycan xalqının milli birliyini zəiflətmədi, əksinə, onu daha da möhkəmləndirdi və müstəqil dövlət ideyasını dönməz etdi. Şəhidlərin qanı azadlıq yolunun müqəddəs rəmzinə çevrildi.
20 Yanvar faciəsinə ilk prinsipial siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. Onun qətiyyətli mövqeyi bu faciənin mahiyyətini açaraq, onu Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayət kimi tarixə saldı və milli yaddaşın qorunmasında həlledici rol oynadı.
Bu gün müstəqil Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin əmanətini layiqincə yaşadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə göstərilən dövlət qayğısı, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası 20 Yanvarın ideya və amalının tarixi qələbəyə çevrildiyini təsdiqləyir.
20 Yanvar həm hüzn, həm də qürur tarixidir. Bu gün Azərbaycan xalqının milli iradəsinin, ləyaqətinin və azadlıq əzminin sarsılmazlığını ifadə edən əbədi yaddaş günüdür. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Yeni Azərbaycan Partiyasının üzvü Vüsal Hümbətzadə
17:18 / 14 Noyabr 2026
1
17:15 / 14 Noyabr 2026
13
16:20 / 14 Noyabr 2026
81
16:05 / 14 Noyabr 2026
114
15:45 / 14 Noyabr 2026
100
15:27 / 14 Noyabr 2026
250
15:25 / 14 Noyabr 2026
110
15:07 / 14 Noyabr 2026
215
15:05 / 14 Noyabr 2026
121
14:44 / 14 Noyabr 2026
153
14:31 / 14 Noyabr 2026
114
14:24 / 14 Noyabr 2026
610
14:19 / 14 Noyabr 2026
115
14:15 / 14 Noyabr 2026
106
14:09 / 14 Noyabr 2026
257
13:50 / 14 Noyabr 2026
2725
13:48 / 14 Noyabr 2026
141
13:16 / 14 Noyabr 2026
136
13:03 / 14 Noyabr 2026
116
12:49 / 14 Noyabr 2026
149
12:25 / 14 Noyabr 2026
137
12:09 / 14 Noyabr 2026
145
11:58 / 14 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.