Sabiq nazirə ağır itki üz verib
14 Noyabr 2026, 17:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2934
19.01.2026, 17:25
Oxu24.com bu dəfə Azərbaycanda bir-birinə qohum olan məmurlarla bağlı maraqlı faktları əldə edib.
Həmin siyahını təqdim edirik:
İqtisadiyyat naziri Mikayıl Cabbarovun qayınatası, yüksək vəzifədə çalışır. Belə ki, nazirin qayınatası Kamran İmanov Əqli Mülkiyyət Agentliyinin sədridir. Bundan öncə Müəllif Hüquqları Agentliyinə və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib. Kamran İmanovun məmur kimi fəaliyyəti Cabbarovun nazir fəaliyyətindən öncəyə təsadüf edir.
Ombudsman Səbinə Əliyeva Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzovun həyat yoldaşıdır. Onun atası Yaşar Əliyev isə uzun müddət Azərbaycanın xarici ölkələrdə səfiri, Milli Məclisin sədr müavini olub.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov Fövqəladə Hallar nazirinin müavinidir. Ə.Əmiraslanovun daha bir qohumu Ramin Bayramlı isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Barəsində davamlı tənqidlər səsləndirildikdən sonra vəzifəsindən azad edilib.
Xarici İşlər naziri Ceyhun Bayramovun qardaşı yüksək vəzifədədir. Azər Bayramov iqtisadiyyat nazirinin müavinidir.
Ali məhkəmənin sədri İnam Kərimovun qardaşı yüksək vəzifədə çalışır. Mətin Kərimli elm və təhsil nazirliyinin aparat rəhbəridir.
Ədliyyə naziri Fərid Əhmədovun xalasının həyat yoldaşı Pentensiar Xidmətin rəis müavini general Oqtay Məmmədovdur.
Energetika naziri Pərviz Şahbazovun atası yüksək vəzifədədir. Oqtay Şahbazov uzun illər Prezident Adminstrasiyasında yüksək vəzifə tutub.
Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Baş nazirin köməkçisi vəzifəsində çalışan Əhməd Əhmədzadənin qardaşıdır.
Azərbaycanın ən nüfuzlu məmurlarından biri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov.Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızını gəlin gətirib. Nazirin kiçik oğlu Nicat Heydərov Elçin Quliyevin qızını almaqla qohum olan məmurların siyahısını artırıb.

Hazırladı: Nərmin Balacayeva
17:18 / 14 Noyabr 2026
1
17:15 / 14 Noyabr 2026
13
16:20 / 14 Noyabr 2026
81
16:05 / 14 Noyabr 2026
114
15:45 / 14 Noyabr 2026
100
15:27 / 14 Noyabr 2026
250
15:25 / 14 Noyabr 2026
110
15:07 / 14 Noyabr 2026
215
15:05 / 14 Noyabr 2026
121
14:44 / 14 Noyabr 2026
153
14:31 / 14 Noyabr 2026
114
14:24 / 14 Noyabr 2026
610
14:19 / 14 Noyabr 2026
115
14:15 / 14 Noyabr 2026
106
14:09 / 14 Noyabr 2026
257
13:50 / 14 Noyabr 2026
2725
13:48 / 14 Noyabr 2026
141
13:16 / 14 Noyabr 2026
136
13:03 / 14 Noyabr 2026
116
12:49 / 14 Noyabr 2026
149
12:25 / 14 Noyabr 2026
137
12:09 / 14 Noyabr 2026
145
11:58 / 14 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.