Gələn il pensiyalar belə artırılacaq - Deputat açıqladı
14 Noyabr 2026, 18:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4617
18.01.2026, 14:55
"Azərbaycanda mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il əvvəlki ilin orta aylıq əməkhaqqının artım faizinə, pensiya kapitalı ilə ötən ilin inflyasiya sıviyyısinə uyğun olaraq indeksləşdirilir".
Bu sözləri açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, 2025-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqında qeydə alınan artım faizi əsasında 2026-cı ildə pensiya məbləğlərinin də artırılması nəzərdə tutulur. İlkin proqnozlara əsasən, artım faizi təxminən 9,2 faiz təşkil edəcək:
"Qeyd olunur ki, artımlar bütün növ əmək pensiyalarına şamil ediləcək. Buraya yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşlar daxildir.
Dövlət Statistika Komitəsi tərəfindən 2025-ci ilin yekun orta aylıq əməkhaqqı üzrə rəsmi məlumatı 2026-cı ilin fevral ayının ilk günlərində açıqlanması gözlənilir. Rəsmi statistika açıqlandıqdan sonra Prezident tərəfindən müvafiq sənəd imzalanacaq və pensiya məbləğlərinin artırılması rəsmiləşdiriləcək.
Qanunvericiliyə uyğun olaraq, pensiyalardakı artımlar yanvar ayından etibarən hesablanır. Bu isə o deməkdir ki, yanvar ayı üçün hesablanan artım məbləği fevral ayında ödəniləcək pensiya ilə birlikdə vətəndaşlara veriləcək. Yəni fevral ayında pensiya alan şəxslər həm fevral ayının pensiyasını, həm də yanvar ayına düşən artım fərqini birlikdə alacaqlar.
Məsələn, əgər 540 manat pensiya alan vətəndaşın pensiya məbləği artımdan sonra aylıq 50 manat yüksəlirsə, fevral ayında həmin şəxs 590 manat əvəzinə 640 manat pensiya alacaq. Mart ayından etibarən isə pensiya artıq artırılmış – yəni 590 manatlıq yeni məbləğlə ödəniləcək.
Hər bir pensiyaçı öz pensiya məbləği üzərindən gözlənilən artımı asanlıqla hesablaya bilər. Belə ki, əgər vətəndaşın aylıq pensiyası 500 manatdırsa, 9,2 faiz artım zamanı pensiya məbləği təxminən 46 manat aralığında yüksələ bilər.
Rəsmi statistik məlumatlar fevral ayının əvvəlində açıqlanacaq və bundan sonra pensiya artımlarının dəqiq məbləği tam rəsmi şəkildə elan ediləcək. Pensiya artımlarının ödənişi isə fevral ayından etibarən həyata keçiriləcək".
BAKU.WS
18:09 / 14 Noyabr 2026
8
18:06 / 14 Noyabr 2026
289
18:03 / 14 Noyabr 2026
26
17:18 / 14 Noyabr 2026
120
17:15 / 14 Noyabr 2026
90
16:20 / 14 Noyabr 2026
105
16:05 / 14 Noyabr 2026
143
15:45 / 14 Noyabr 2026
112
15:27 / 14 Noyabr 2026
278
15:25 / 14 Noyabr 2026
121
15:07 / 14 Noyabr 2026
254
15:05 / 14 Noyabr 2026
134
14:44 / 14 Noyabr 2026
171
14:31 / 14 Noyabr 2026
122
14:24 / 14 Noyabr 2026
691
14:19 / 14 Noyabr 2026
121
14:15 / 14 Noyabr 2026
114
13:50 / 14 Noyabr 2026
3024
13:48 / 14 Noyabr 2026
147
13:16 / 14 Noyabr 2026
145
13:03 / 14 Noyabr 2026
121
12:49 / 14 Noyabr 2026
161
12:25 / 14 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.