İranda baş verənlər Azərbaycana bahalaşma gətirə BİLƏRMİ?
04 Mart 2026, 14:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
577
18.01.2026, 13:28
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
Oxu24.com xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
X X X
20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. 36 il əvvəl doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan Azərbaycanın mərd övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə tarixi səhifə yazdılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur.
Həmçinin oxuyun
Qanlı 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı məsələ ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin səhəri günü - 1990-cı il yanvarın 21-də Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, bu qırğını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Dahi şəxsiyyət bu hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan edərək, onun törədilməsini kobud siyasi səhv kimi qiymətləndirdi. Xalqımızın başına gətirilən müsibəti dünyaya çatdıran Ümummilli Lider 20 Yanvar faciəsinin Azərbaycanın ovaxtkı rəhbərlərinin xalqımıza qarşı xəyanəti nəticəsində baş verdiyini və bunun cinayət olduğunu dəfələrlə bəyan edib. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha nümayiş etdirib.
1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul olundu. Bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü ildə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Vətənimizin azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Onların pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı qanunvericilik bazası yaradılıb.
Ulu Öndərin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Çünki Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi və suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı qürurla dalğalanır. Hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri gedir, Böyük Qayıdış Proqramı uğurla icra olunur.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığını sübut edir.
15:09 / 04 Mart 2026
9
15:08 / 04 Mart 2026
9
15:02 / 04 Mart 2026
17
14:51 / 04 Mart 2026
61
14:42 / 04 Mart 2026
38
14:34 / 04 Mart 2026
45
14:28 / 04 Mart 2026
198
14:21 / 04 Mart 2026
49
14:18 / 04 Mart 2026
128
14:14 / 04 Mart 2026
75
14:05 / 04 Mart 2026
155
14:02 / 04 Mart 2026
56
13:59 / 04 Mart 2026
74
13:47 / 04 Mart 2026
100
13:45 / 04 Mart 2026
62
13:16 / 04 Mart 2026
88
13:12 / 04 Mart 2026
2720
13:08 / 04 Mart 2026
52
13:06 / 04 Mart 2026
73
13:04 / 04 Mart 2026
133
13:00 / 04 Mart 2026
71
12:48 / 04 Mart 2026
75
12:37 / 04 Mart 2026
254
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.