İşıq OLMAYACAQ
12 May 2026, 10:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
615
17.01.2026, 19:44
Əllərin və ayaqların tez-tez soyuq olması bəzən sadə səbəblərlə əlaqəli olsa da, bəzi hallarda ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.
Oxu24.com milli.az-a istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu hal xüsusilə qan dövranı və maddələr mübadiləsi ilə bağlı xəstəliklər zamanı müşahidə olunur.
Həkimlərin sözlərinə görə, qan azlığı (anemiya) əllər və ayaqlarda soyuqluq hissinin ən yayğın səbəblərindən biridir. Qanda hemoglobinin azalması toxumalara oksigen daşınmasını zəiflədir və nəticədə soyuqluq yaranır.
Qalxanabənzər vəzin zəif fəaliyyəti (hipotireoz) də bədənin istilik istehsalını azaldaraq əllərin və ayaqların daim donmasına səbəb ola bilər. Bu zaman halsızlıq, çəki artımı və dəri quruluğu da müşahidə olunur.
Mütəxəssislər həmçinin qan dövranı pozğunluqları, xüsusilə damarların daralması ilə xarakterizə olunan Raynaud sindromu zamanı əllər və ayaqlarda kəskin soyuqluq və rəng dəyişikliklərinin yarandığını bildirirlər.
Bundan əlavə, şəkərli diabet, aşağı arterial təzyiq, B12 vitamini çatışmazlığı, eləcə də sinir sistemi xəstəlikləri bu problemin yaranmasına səbəb ola bilər.
Həkimlər xəbərdarlıq edirlər ki, əllər və ayaqlarda davamlı soyuqluq hissi uzun müddət davam edərsə və digər əlamətlərlə müşayiət olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.
10:12 / 12 May 2026
11
10:00 / 12 May 2026
147
09:45 / 12 May 2026
41
09:44 / 12 May 2026
30
09:35 / 12 May 2026
61
09:09 / 12 May 2026
76
08:55 / 12 May 2026
239
00:26 / 12 May 2026
1630
00:06 / 12 May 2026
395
23:58 / 11 May 2026
211
23:54 / 11 May 2026
716
23:45 / 11 May 2026
1582
23:43 / 11 May 2026
114
23:40 / 11 May 2026
110
23:32 / 11 May 2026
132
23:24 / 11 May 2026
117
23:17 / 11 May 2026
980
23:15 / 11 May 2026
384
23:14 / 11 May 2026
5207
23:11 / 11 May 2026
341
23:10 / 11 May 2026
135
23:06 / 11 May 2026
366
22:59 / 11 May 2026
456
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.