Qaynar xətt:

(+99450) 247 90 86

Mayası xəyanət olan Kadırovlar: Çeçen savaşından Kremlin qucağına qədər   

news/2026_01_17/1735550943_kk_1768657361.jpeg

CƏMİYYƏT

488

17.01.2026, 17:39

Çeçenistan Respublikasının üçüncü dövlət başçısı Ramzan Kadırovun  böyrək çatışmazlığından əziyyət çəkdiyini  və xəstəxanalıq olması ilə bağlı xəbərlər dünya mediasında peyda olandan sonra, diqqətləri yenə “Putinin sadiq qulu” na çevrilib .

Danilov haqlıydımı?

 Həm öz xalqının , həm də normal düşüncəyə malik  planet sakinlərinin nifrətlə adını çəkdiyi bu  “rusbaşlı  çeçen rəhbəri”  necə oldu ki, Rusiyanın “ən diqqətəlayiq şəxsi”nə çevrildi.

Buna görə, əvvəldən başlayaraq, Kadırovların  “yüksəliş” hekayəsini sizə danışacağıq.Hekayəmizə başlamamışdan   əvvəl bir hadisəni xatırladaq:

2023-cü ildə Ukraynanın Moskvaya 25-ə yaxın dronla hücum etməsinə cavab olaraq Kadırov Kiyevdən qisas alacağını açıqladı. Dedi ki, tezliklə xüsusi hərbi əməliyyatlar zonasında biz revanşın sözün tam mənasında nə olduğunu sizə  göstərəcəyik.

Həmin vaxt Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov da Kadırovun cavabını belə  verdi: “Kadırov Moskvadan, şəxsən Putindən qisas almalıdır, Ukraynadan deyil. Çeçenləri ruslar öldürüb və məhv ediblər. Çeçen torpağına əsarət gətirən, minlərlə qadın və uşağı qətlə yetirən və işgəncələrə məruz qoyan, şəhərləri dağıdan, əcdadlarının məzarlarını murdarlayan ruslar idi. Qroznını sakinləri ilə birlikdə yerlə bir edən ukraynalılar deyildi, rus tankları idi. Çeçen xalqı bunu yaxşı xatırlayır, kimsə unudubsa, xatırlaması lazımdır”.

Müstəqillik istəyən çeçenlərə qarşı qırğın -   I Çeçen Müharibəsi 

 Söhbət 1994-cü il dekabrın 11-də MDB məkanının ən qanlı müharibəsindən gedirdi. Həmin gün Rusiyanın ilk  prezidenti Boris Yeltsin “Çeçenistan ərazisində qanunçuluğu və ictimai təhlükəsizliyi təmin etmək barədə” fərman imzaladı .  Çeçenistana qoşun yeridilir. 1996-cı il avqustun 31-də Dağıstanın Xasavyurt şəhərində Rusiya Təhlükəsizlik Şurasının katibi Anatoli Lebedlə Çeçen-İçkeriya Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi Aslan Məshədov arasında razılaşma imzalanır. Xasavyurt razılaşması Rusiya qoşunlarının Çeçenistandan tamamilə çıxarılmasını və bölgənin gələcək statusunun qeyri-müəyyən müddətə təxirə salınmasını nəzərə tuturdu. Müqavilə Çeçenistanı de-fakto müstəqil dövlət edirdi. Birinci Çeçenistan müharibəsi 6 min rus hərbçisinin və Çeçen-İçkeriya Respublikasının ilk prezidenti Cövhər Dudayev daxil olmaqla 50 mindən artıq çeçenin həyatına son qoydu. Bütün Çeçenistan ərazisini viran qoyan müharibə hər iki tərəfdən insan hüquqlarının kobud şəkildə pozulması və hərbi cinayətlərlə müşayiət olunurdu. Gənc Ramzan da atası Əhməd Kadırovla birlikdə Birinci Rusiya-Çeçen müharibəsində) ruslara qarşı müqavimət göstərirdi. 

 Rusiyanın çeçenlər üzərində qəti qələbəsi – II Çeçen Müharibəsi

Millət vəkili Zahid Orucun bir məqaləsində yazır ki, 13-cü əsrin sonlarında İngiltərə kralı 1-ci Eduard Şotlandiyaya qoşun yeridəndə müstəqillik davasına qalxmış xalqın önündə gedən liderləri ələ almağı onları silah gücünə ram etməkdən üstün tuturdu:”O, Şotlandiya krallığı uğrunda mübarizədə bir-biri ilə didişən müxtəlif tayfalar arasında mübahisəni həll etmək adı ilə oraya gələndə üsyan qaldıran və illərlə İngiltərə qoşunlarına qan udduran Uilyam Uollesi məhz öz silahdaşlarının xəyanəti ilə ələ keçirməyə nail oldu. Bu metodla Rusiya Çeçenistan asiliyini fərqli bir yolla cilovlamağı bacarmışdı.Yeltsinin qətlə yetirdiyi Dudayev, Mashadov və yüzlərlə azadlıq mücahidindən sonra Putin məscid minbərindən düşürüb hakimiyyət kürsüsünə gətirdiyi Əhməd Kadırovla Qafqazdakı itəatsizlik hərəkatını boğmağı bacarmışdı”.

Bəli, 26 avqust 1999-cu ildə başlayan İkinci Çeçen Müharibəsi   məhz I Eduardın taktikası ilə əbədi susduruldu. Beləki, Rusiya  guya  “ekstremist qruplaşmaların fəaliyyətini dayandırmaq” məqsədilə Çeçenistan və Şimali Qafqazın sərhəd bölgələrinə hücuma keçdi. Bu döyüşdə də çeçenlərin ləyaqətli oğulları  canı bahasına döyüşürdü. Aslan Masxadov, İsa Munayev, Ruslan Gelayev, Doka Umarov, Şamil Basayev,Əmir Xəttab

Salman Raduyev, Sulim Yamadayev, Supyan Abdullayev və sair.

İkinci rus-çeçen müharibəsi zamanı paytaxt Qroznının müdafiəsində sağ ayağını itirən Şamil silahını yerə qoymadı. 

2002-ci ilin oktyabrında Moskvadakı məşhur “Nord Ost” teatrına hücumdan sonra (130 girov öldürülmüşdü ) icazəsiz, özbaşına hücumu həyata keçirməsi Məshədovla aralarında konflikt yaratdı.

Qərb cəbhəsinin komandanı Doku Omarovun köməkçisi vəzifəsində olan Şamil Basayev 2006-ci ilin 10 iyul tarixində İnquşetiyada  bomba partlaması ilə öldürüldü.Umarov isə zəhərlənərək öldü. 2000-ci ilin mayında rusların Çeçenistanda hakimiyyəti ələ keçirməsinə baxmayaraq, müqaviməti davam etdirirdilər. Əməliyyatların hərbi fazası 2002-ci ilin aprelində başa çatdı. Qeyri-rəsmi rəqəmlərə görə, münaqişə nəticəsində əksəriyyəti mülki vətəndaşlar olmaqla 25,000-50,000 nəfər arası insan həyatını itirdi. Rusiya tərəfinin itkiləri isə rəsmi rəqəmlərə görə 5,200 nəfər olduğu halda, qeyri-rəsmi statistikaya əsasən təqribən 11,000 nəfər hesablandı.

Rusiyanın birbaşa təşkilatçılığı ilə 2003-cü ilin oktyabrında Əhməd Kadırov müharibədən sonra Çeçenistan Respublikasının ilk prezidenti seçildi. Məhz bu seçimlərdən sonra müharibə ruslara qarşı döyüşənlər müəmmalı şəkildə öldürülürdü.

Əhməd Kadırovun çeçen xalqının mənafeyinə zidd olan idarəçiliyi  və bir başa respublikada Rusiyanın tələblərinə uyğun addımlar atılması  ölkədə baş verəcək faciələrdən xəbər verir di.

Məqalənin davamı var

  Əntiqə Rəşid