AZAL açıqlama yaydı
15 May 2026, 11:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
637
03.01.2026, 09:20
Xərçəngin meydana gəlməsində genetik amillərlə yanaşı, həyat tərzi və ətraf mühit faktorları mühüm rol oynayır.
Oxu24.com xəbər verir ki, buna görə də xərçənglə mübarizə aparan qidaları istehlak etmək və kanserogen təsirə malik qidalardan uzaq durmaq bu təhlükəli xəstəliyin qarşısını almaqda vacibdir. Bəzi qidaların elmi cəhətdən xərçəng riski ilə əlaqəli olduğu sübut edildiyi halda, bəziləri isə xərçəngə qarşı qoruyucu xüsusiyyətləri ilə tanınır.
Emal olunmuş ət məhsulları (kolbasa, sosis, hisə verilmiş ət), şəkər və yüksək fruktozalı qarğıdalı siropu tərkibli qidalar, qızardılmış və yüksək temperaturda bişirilmiş yeməklər, süni rəngləndiricilər və konservantlar əlavə olunmuş məhsullar, trans yağlar və hidrogenləşdirilmiş yağlar xərçəng yaradır.
Xərçəngdən qoruyan qidalar
Kələm, brokoli, gül kələminin xərçəngi önlədiyi sübut olunub. Onlar güclü xərçəng əleyhinə xüsusiyyətlərə malik sülforafan kimi bioloji aktiv molekullarla parçalanan qlükosinolatlar baxımından zəngindir.
Narın tərkibindəki ellag turşusu xüsusilə süd vəzi xərçəngi də daxil olmaqla bir çox xərçəng növünün qarşısını almağa və müalicəsinə kömək etməyə faydalıdır. Bu turşu xərçəngə səbəb olan molekullara yapışaraq onları təsirsiz hala gətirir.
Badam, quru üzüm, moruq, çiyələk, böyürtkən kimi qidalar güclü antioksidant və resveratrol baxımından olduqca zəngindir. Antioksidantlar sərbəst radikalları zərərsizləşdirərək DNT zədələnməsinin qarşısını alır və xərçəng inkişafını ləngidə bilər.
Buğda cövhəri (səməni ) xərçəng kimi ölümcül xəstəliklərin müalicəsində mühüm rol oynayır. Yüksək miqdarda xlorofil ehtiva edərək 17 dəyərli amin turşusu ilə orqanizmin güclü müdafiə mexanizmini təmin edir. Bundan əlavə, kimyaterapiya və radioterapiyanın əks təsirlərini azaltmağa kömək edir.
11:15 / 15 May 2026
1
11:12 / 15 May 2026
12
10:55 / 15 May 2026
156
10:48 / 15 May 2026
38
10:43 / 15 May 2026
51
10:36 / 15 May 2026
91
10:34 / 15 May 2026
42
10:31 / 15 May 2026
41
10:22 / 15 May 2026
269
10:21 / 15 May 2026
42
10:17 / 15 May 2026
41
10:05 / 15 May 2026
152
10:03 / 15 May 2026
40
10:01 / 15 May 2026
43
00:45 / 15 May 2026
348
00:33 / 15 May 2026
344
00:22 / 15 May 2026
378
23:59 / 14 May 2026
345
23:30 / 14 May 2026
261
23:13 / 14 May 2026
316
23:05 / 14 May 2026
411
22:34 / 14 May 2026
146
22:30 / 14 May 2026
250
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.