ŞAD XƏBƏR - Bu işçilərə 13 və 14-cü maaş veriləcək
15 Noyabr 2026, 11:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
720
24.12.2025, 12:28
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Kürdəmirdə tədbir keçirilib.
Dövlət Xidmətindən Oxu24.com-a verilən məlumata görə, Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda təşkil edilən görüş İcra Hakimiyyətinin İnzibati Binasında baş tutub.
Görüşdə açılış nitqi ilə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.
Tədbirdə çıxış edən SHXÇDX-nın Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, həmçinin ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar geniş məlumat təqdim edib.
Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib. Həmçinin xaricdə təhsil, təhsilə görə verilən möhlət, bir sıra xidmətlərin rəqəmsallaşması barədə də geniş məlumat çatdırıb.
Daha sonra SHXÇDX-nın Kürdəmir rayon şöbəsinin rəisi polkovnik-leytenant Siludin Əhmədov ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə geniş məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri də çıxış edərək öz təəssüratları ilə bölüşüblər.
Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.
11:20 / 15 Noyabr 2026
8
11:20 / 15 Noyabr 2026
13
11:10 / 15 Noyabr 2026
39
11:07 / 15 Noyabr 2026
131
10:50 / 15 Noyabr 2026
64
10:25 / 15 Noyabr 2026
189
10:21 / 15 Noyabr 2026
82
10:18 / 15 Noyabr 2026
80
10:12 / 15 Noyabr 2026
105
09:35 / 15 Noyabr 2026
395
07:35 / 15 Noyabr 2026
135
05:50 / 15 Noyabr 2026
136
01:35 / 15 Noyabr 2026
151
01:10 / 15 Noyabr 2026
165
23:59 / 14 Noyabr 2026
353
23:51 / 14 Noyabr 2026
192
23:47 / 14 Noyabr 2026
208
23:33 / 14 Noyabr 2026
171
23:23 / 14 Noyabr 2026
524
23:16 / 14 Noyabr 2026
174
23:05 / 14 Noyabr 2026
731
23:01 / 14 Noyabr 2026
561
22:28 / 14 Noyabr 2026
1414
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.