ŞAD XƏBƏR - Bu işçilərə 13 və 14-cü maaş veriləcək
15 Noyabr 2026, 11:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
754
23.12.2025, 18:43
"Ayaqların daim üşüməsinin əsas səbəbləri arasında hipotermiya, damarların aterosklerozu, maddələr mübadiləsinin pozulması və anemiya yer alır".
Oxu24.com xəbər verir ki, bu barədə rusiyalı həkim Vera Larina Gazeta.ru-ya müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, ilk səbəb hipotermiyadır, yəni bədənin həddindən artıq soyuması. Bu zaman yüngül damar spazmları, immun müdafiənin zəifləməsi və yerli qan dövranının pozulması baş verə bilər. Belə hallar xüsusilə uzunmüddətli emosional stres, qeyri-kafi qidalanma, yuxu pozğunluqları və yanaşı xroniki xəstəlikləri olan insanlarda daha çox müşahidə olunur.
İkinci səbəb aşağı ətrafların damar aterosklerozudur. Bu xəstəlik zamanı arteriyaların daralması nəticəsində qan axını zəifləyir və ayaqlarda soyuqluq hissi yaranır.
Risk qrupuna ürək-damar xəstəlikləri olanlar, lipid mübadiləsi pozulmuş yaşlı insanlar və şəkərli diabet xəstələri daxildirlər. Vera Larina qeyd edib ki, şəkərli diabet zamanı qanda qlükoza səviyyəsinə nəzarət edilmədikdə ilk növbədə xırda damarlar - kapilyarlar zədələnir və bu da periferik toxumalara qan axınının azalmasına səbəb olur.
Həkimin sözlərinə görə, ayaqların üşüməsinin digər səbəbləri maddələr mübadiləsinin pozulması və anemiyadır. Endokrin sistemin bəzi xəstəlikləri metabolik proseslərin balansını poza, istilik mübadiləsinin və hüceyrələrə enerji ötürülməsinin zəifləməsinə gətirib çıxara bilər. Hemoqlobin səviyyəsinin azalması və toxumaların oksigen çatışmazlığı da soyuqluq hissini gücləndirən amillər sırasındadır.
Oxu.az
11:29 / 15 Noyabr 2026
1
11:20 / 15 Noyabr 2026
33
11:20 / 15 Noyabr 2026
36
11:10 / 15 Noyabr 2026
47
11:07 / 15 Noyabr 2026
193
10:50 / 15 Noyabr 2026
66
10:25 / 15 Noyabr 2026
197
10:21 / 15 Noyabr 2026
85
10:18 / 15 Noyabr 2026
81
10:12 / 15 Noyabr 2026
109
09:35 / 15 Noyabr 2026
404
07:35 / 15 Noyabr 2026
136
05:50 / 15 Noyabr 2026
137
01:35 / 15 Noyabr 2026
151
01:10 / 15 Noyabr 2026
168
23:59 / 14 Noyabr 2026
354
23:51 / 14 Noyabr 2026
193
23:47 / 14 Noyabr 2026
209
23:33 / 14 Noyabr 2026
172
23:23 / 14 Noyabr 2026
528
23:16 / 14 Noyabr 2026
175
23:05 / 14 Noyabr 2026
735
23:01 / 14 Noyabr 2026
562
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.