Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı
25 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
661
19.10.2025, 14:59
Milli Məclis moped idarə etmək üçün sürücülük vəsiqəsi tələbini ilk oxunuşda qəbul edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzkairəyə çıxarılıb.
İclasda bildirilib ki, qanun layihəsinin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir.
Belə ki, sənəddə təklif edilən mühüm dəyişikliklərdən biri moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu dəyişiklik sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını təmin edəcək və nəticə etibarilə yol hərəkəti təhlükəsizliyini artıracaq.
Digər dəyişikliyə əsasən, moped nəqliyyat vasitəsinin anlayışı daha dəqiq müəyyən edilməsi, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürülməsi nəzərdə tutulur. Həmçinin qanun layihəsində mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması nəzərdə tutulur.
Bundan başqa, sözügedən qanun layihəsində motosikletin və mopedin uzunlu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir.
Sənəd layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
00:05 / 25 May 2026
168
00:01 / 25 May 2026
305
00:01 / 25 May 2026
1120
23:58 / 24 May 2026
283
23:36 / 24 May 2026
495
23:32 / 24 May 2026
754
23:23 / 24 May 2026
211
23:13 / 24 May 2026
279
23:13 / 24 May 2026
734
23:03 / 24 May 2026
318
22:43 / 24 May 2026
118
22:18 / 24 May 2026
126
22:04 / 24 May 2026
487
21:40 / 24 May 2026
196
21:39 / 24 May 2026
1480
21:30 / 24 May 2026
201
20:41 / 24 May 2026
159
20:19 / 24 May 2026
148
20:11 / 24 May 2026
127
19:39 / 24 May 2026
260
19:09 / 24 May 2026
452
18:55 / 24 May 2026
282
18:37 / 24 May 2026
485
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.