Prezidentdən qərar: Bu kreditlərin faizləri...
25 May 2026, 20:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1184
13.10.2025, 20:10
1930-cu il iyulun 1-də Kəlbəcərin “Alaqaya” deyilən uca qayasının ətəyində bir körpə dünyaya göz açdı. Ona Əfqan adı verildi (Əhmədov Əfqan Məhəmməd oğlu). Təbiətin coşub-daşdığı, çayların gur axdığı bir zamanda doğulduğu üçün yaxınları onu mehribanlıqla “Daşqın” adlandırırdılar.
Gənc yaşlarından Əfqan müəllimin həyatı elm və insan sevgisi ilə yoğruldu. 1964-cü ildən Ağdamın Umudlu kəndində pedaqoji fəaliyyətə başladı. Uzun illər rus dili müəllimi olaraq çalışdı və minlərlə şagirdin həyatına işıq saçdı. Onun sinif otağı yalnız dərs keçilən məkan deyildi, orada həm də insanlıq, dürüstlük və mərhəmət dərsləri verilirdi.
Əfqan müəllim hər zaman imkansız uşaqların himayədarı olmuşdu. Məktəbə gəlməyə imkanı olmayanları öz vəsaiti hesabına geyim və ləvazimatlarla təmin edərdi.
Şagirdləri onu yalnız müəllim deyil, həm də ata və dost kimi xatırlayırlar.
O, övladlarına və tələbələrinə elm və həyat dərsləri verməklə yanaşı, dürüstlük, ədalət və cəsarət prinsiplərini də aşılayırdı. Xüsusilə qızların təhsilinə böyük önəm verirdi, onların həyatın hər sahəsində irəliləməsini arzulayırdı. “Gənclərimiz elmli olsun, dürüst olsun, ədalətsizliklə barışmasınlar” – bu, onun həyat fəlsəfəsi idi.
Səkkiz övlad atası olan Əfqan müəllim nümunəvi ailə başçısı idi. Xanımına isə daim deyirdi:
“Ölüm haqqdır. Mən getsəm, ağlama. Qoyma uşaqlarımın qəlbi sızılasın.”
Amma həyat yalnız məktəb və ailə ilə bitmirdi. Qarabağın üzərinə qara buludlar çökəndə, düşmən torpaqlarımıza göz dikəndə, Əfqan müəllim susmadı.
Kənd camaatı ilə birlikdə özünümüdafiə dəstəsinə qoşuldu, əlinə silah aldı və doğma yurdunu qorumaq üçün sinəsini sipər etdi.
1-ci Qarabağ müharibəsi illərində erməni silahlı birləşmələri kəndləri yandırır, günahsız insanları qətlə yetirir və minlərlə insan doğma evindən didərgin düşürdü. Azərbaycan xalqı isə bütün gücü ilə müqavimət göstərirdi. Əfqan müəllim də bu müqəddəs mübarizədə ön sırada idi. Müəllimin əlləri indi qələm deyil, silah tuturdu.
Nəhayət, 1992-ci il iyunun 17-də – 62 yaşında düşmənlə mübarizə zamanı erməni silahlı dəstələrinin tank atəşinə tuş gələrək həlak oldu. Amma bu son deyil, əslində başlanğıc idi:
Əfqan müəllim şagirdləri ilə
Əfqan müəllim ömrünü insanlara həsr etmiş bir müəllim, mərhəməti ilə yadda qalan bir insan və Vətən yolunda canını fəda etmiş qəhrəman kimi əbədi yaddaşlarda yaşamağa başladı.
Onun həyatı bir ömürlük pedaqoji missiyanın, insanlığa sədaqətin və Vətən sevgisinin canlı nümunəsi idi. Şagirdlərinin qəlbində işıq, övladlarının həyatında dayaq, xalqın yaddaşında qəhrəman olaraq qaldı.
Baba, ruhun şad olsun.
Oxu24.com üçün
20:21 / 25 May 2026
5
20:15 / 25 May 2026
22
20:13 / 25 May 2026
35
20:11 / 25 May 2026
22
20:10 / 25 May 2026
36
20:04 / 25 May 2026
66
19:52 / 25 May 2026
44
19:52 / 25 May 2026
74
19:46 / 25 May 2026
54
19:36 / 25 May 2026
78
19:21 / 25 May 2026
70
19:12 / 25 May 2026
72
18:21 / 25 May 2026
91
18:08 / 25 May 2026
101
17:58 / 25 May 2026
96
17:51 / 25 May 2026
659
16:54 / 25 May 2026
143
16:49 / 25 May 2026
380
16:46 / 25 May 2026
104
16:40 / 25 May 2026
102
16:36 / 25 May 2026
184
16:33 / 25 May 2026
113
16:21 / 25 May 2026
559
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.