Bakıda avtomobil iki yerə bölündü - Ağır qəza+Video
07 İyul 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
474
25.05.2026, 13:57
Tarix Əliyev barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edilib.
Oxu24.com Xitab24.az-a istinadla xəbər verir ki, məhbus xanımı Tarix Əliyevin Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.
İddiaçı qadın buna səbəb kimi Tarix Əliyevin 8 iyun 2025-ci il tarixdə Tiktokda canlı yayım zamanı məhbus ailələrini təhqir etməsini göstərib. Nərimanov Rayon Məhkəməsində hakim Kamal Babayev xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edib.
Bundan sonra iddiaçı və onun nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Lakin bu instansiya da Nərimanov Rayon Məhkəməsinin qərarını dəyişdirmədən saxlayıb.
Sonda Ali Məhkəməyə üz tutan iddiaçı kassasiya şikayətində bildirib ki, məhkəmə cinayətin bilavasitə obyekti və ünvanlılıq məsələsinin yanlış qiymətləndirib. Ali Məhkəmə Plenumunun qərarında qeyd olunur ki, təhqir konkret şəxsə və ya “kifayət qədər müəyyən edilə bilən şəxslər qrupuna” yönəlməlidir. Lakin “müəyyən edilə bilən qrup” anlayışı o demək deyildir ki, ifadə mütləq fərdi ad və soyadla çəkilməlidir.
Plenum Qərarının məhz bu hissəsində “kifayət qədər müəyyən edilə bilən qrup” anlayışının məqsədi ifadənin obyektiv surətdə konkret şəxs(lər)i hədəf alma ehtimalını istisna etməməkdir.
“Hazırkı iş üzrə təhqiramiz ifadə konkret sosial qrupa, məhbuslara və onların ailə üzvlərinə yönəlib və bu ifadənin geniş izləyici kütləsinə sahib olduğu sosial şəbəkədə canlı yayımda səsləndirilməsi şikayətçinin özünü birbaşa bu qrupun üzvü kimi hiss etməsinə və mənəvi zərər çəkməsinə səbəb olub. Bu, CM-in 148-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəliliyi və obyektiv tərəfi tam şəkildə əks etdirir.
Məhkəmə ifadəni “mücərrəd və ümumiləşdirilmiş” hesab edib, lakin ifadənin “mücərrəd” hesab edilməsi əsassızdır, ifadənin konkret mühitdə, yəni şikayətçinin həyat yoldaşının da daxil olduğu “məhbuslar” qrupuna dair müzakirə zamanı səsləndirilməsi, onun ictimai yayımı və məzmunu birgə nəzərdən tutulduqda, ifadənin konkret şəxsin mənəvi sferasına yönəldiyi nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Əks təqdirdə, hər hansı ictimai qrupa ünvanına səslənən, lakin konkret şəxsə mənəvi zərər yetirən ifadələr tam cəzasız qalardı ki, bu da cinayət hüququnun müdafiə məqsədi ilə ziddiyyət təşkil edərdi” – şikayətdə qeyd olunub.
Məhkəmə kollegiyası əvvəlki instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edib ki, CM-in 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayəti yalnız birbaşa qəsdlə törədilə bilər və bu qəsd konkret şəxsin şərəf və ləyaqətini alçaltmağa yönəlməlidir. İş materiallarında Tarix Əliyevin niyyətinin məhz şikayətçinin və ya onun daxil olduğu konkret şəxslər qrupunun şərəf və ləyaqətini alçaltmağa yönəldiyini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Buna görə də xüsusi ittiham qaydasında verilmiş şikayət təmin edilməyib.
00:44 / 07 İyul 2026
115
00:18 / 07 İyul 2026
485
00:16 / 07 İyul 2026
115
00:12 / 07 İyul 2026
114
00:10 / 07 İyul 2026
229
00:02 / 07 İyul 2026
109
23:56 / 06 İyul 2026
213
23:56 / 06 İyul 2026
112
23:46 / 06 İyul 2026
510
23:41 / 06 İyul 2026
208
23:32 / 06 İyul 2026
233
23:08 / 06 İyul 2026
985
23:02 / 06 İyul 2026
482
22:53 / 06 İyul 2026
108
22:41 / 06 İyul 2026
222
22:36 / 06 İyul 2026
529
22:32 / 06 İyul 2026
104
22:26 / 06 İyul 2026
95
22:15 / 06 İyul 2026
131
22:05 / 06 İyul 2026
89
22:05 / 06 İyul 2026
98
22:00 / 06 İyul 2026
103
21:53 / 06 İyul 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.