Sabah bu ərazilərdə işıq olmayacaq
08 İyul 2026, 23:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3368
25.05.2026, 20:15
Son günlər cəmiyyətdə ən çox müzakirə olunan və ciddi narazılıq doğuran məsələlərdən biri də vəfat edən şəxslərin dəfn olunacağı qəbir yerləri üçün xüsusi və fantastik qiymətlərin təklif edilməsidir. Sosial şəbəkələrdə və mediada yayılan iddialara görə, bəzi qəbiristanlıqlarda torpaq sahələrinin qiyməti süni şəkildə 20 min manata qədər yüksəldilib. Vətəndaşların ən ağır və çarəsiz günündə qarşılaşdıqları bu mənzərə "Qəbir yerlərinin satışı qanunidirmi?" və "Bu sahədə süni qiymət artımı hansı məsuliyyəti yaradır?" suallarını yenidən gündəmə gətirib.
Məsələ ilə bağlı Oxu24.com-a ətraflı açıqlama verən tanınmış hüquqşünas Ramil Süleymanlı qanunvericiliyin bu barədə çox kəskin və aydın tələblərinin olduğunu bildirib.
Qanun nə deyir? Qəbir yerləri KİMLƏRƏ pulsuz olmalıdır?
Hüquqşünas qeyd edib ki, Azərbaycanda dəfn işlərinin təşkili və qəbiristanlıqların idarə olunması xaotik deyil, dövlətin xüsusi normativ-hüquqi aktları ilə tənzimlənir:
“Azərbaycan Respublikasında “Qəbiristanlıqların salınması və idarə olunması haqqında qaydalar” mövcuddur. Həmin qaydaların 17-ci maddəsində imperativ (məcburi) qaydada qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşları üçün, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti yaşayan şəxslər üçün və eləcə də qaçqın statusu almış şəxslər üçün qəbir yerlərinin ayrılması tamamilə ödənişsizdir”.
Ramil Süleymanlı vurğulayıb ki, qanunvericilik heç bir sosial status, dini mənsubiyyət və ya maddi vəziyyət fərqi qoymadan qəbir yerinin ayrılmasını dövlətin öhdəliyi kimi müəyyən edir. Bu səbəbdən hər hansı bir bələdiyyə, icra nümayəndəliyi və ya qəbiristanlıq məmuru tərəfindən vətəndaşdan "torpaq pulu" adı altında vəsait tələb oluna bilməz.
“Bu, açıq-aşkar korrupsiya və cinayət əməlidir”!
Təcrübədə bəzi qəbiristanlıq rəhbərlərinin və ya vasitəçilərin "yer pulu", "bron etmək" və ya "yaxşı yerdə dəfn" bəhanəsi ilə vətəndaşlardan minlərlə manat pul qoparmasına toxunan hüquqşünas, bu hərəkətlərin hüquqi adını dəqiq qoyub:
"Bildirmək istəyirəm ki, hər hansı bir şəxsdən qəbir yerinin ayrılmasına görə hər hansı bir ödəniş tələb olunursa, bu, korrupsiya halı hesab olunur. Eyni zamanda, bu addım qanunsuz, heç bir hüquqi əsası olmayan əsassız tələb etmədir. Qəbiristanlıqlar dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlardır və orada xidmət göstərən şəxslər qanunsuz qazanc naminə vətəndaşın psixoloji cəhətdən ən zəif, yaxınını itirdiyi çarəsiz anından istifadə edirlər. Bu isə birbaşa cinayət məsuliyyəti yaradır”.
Vətəndaşlar nə etməlidir? "Heç bir ödəniş etməyin, Baş Prokurorluğa müraciət edin"
Çox vaxt vətəndaşlar yas içində olduqları, dəfni yubatmaq istəmədikləri və ya mübahisədən qaçdıqları üçün tələb olunan qanunsuz məbləği ödəməyə məcbur qalırlar. Ramil Süleymanlı vətəndaşları bu növ qanunsuzluqlar qarşısında susmamağa və hüquqi müstəvidə addım atmağa çağırıb:
"Bu cür hallarla qarşılaşan vətəndaşlara qəti şəkildə heç bir ödəniş etməməyi tövsiyə edirəm. Belə bir qanunsuz tələblə, rüşvət və korrupsiya faktı ilə üzləşdikdə dərhal Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilməlidir. Vətəndaşlarımız bilməlidir ki, bu növ neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən çox ciddi tədbirlər görülür”.
Oxu24.com olaraq xatırladırıq ki, qanunvericiliyə görə, qəbiristanlıqların idarə olunması yerli icra hakimiyyətləri və bələdiyyələr tərəfindən həyata keçirilir. Dövlət tərəfindən pulsuz təmin edilməli olan qəbir yerlərinin gizli ticarət və kommersiya obyektinə çevrilməsi qanunla qadağandır. Bu cür hallarla qarşılaşan vətəndaşlar Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161" nömrəli "Qaynar xətt"inə məlumat verə bilərlər.
Çimnaz Telmanqızı
23:59 / 08 İyul 2026
2
23:51 / 08 İyul 2026
31
23:39 / 08 İyul 2026
114
23:25 / 08 İyul 2026
58
22:35 / 08 İyul 2026
56
22:20 / 08 İyul 2026
70
22:04 / 08 İyul 2026
69
21:55 / 08 İyul 2026
83
21:43 / 08 İyul 2026
79
21:13 / 08 İyul 2026
151
20:55 / 08 İyul 2026
146
20:40 / 08 İyul 2026
75
19:55 / 08 İyul 2026
81
19:46 / 08 İyul 2026
1073
19:40 / 08 İyul 2026
200
19:33 / 08 İyul 2026
1088
19:32 / 08 İyul 2026
640
19:12 / 08 İyul 2026
506
19:02 / 08 İyul 2026
95
18:53 / 08 İyul 2026
130
18:42 / 08 İyul 2026
667
18:40 / 08 İyul 2026
103
18:35 / 08 İyul 2026
303
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.