DSX əməliyyat keçirib
11 Noyabr 2026, 12:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
621
25.05.2026, 15:35
Ali məktəblərə qəbul və buraxılış imtahanlarında istifadə üçün texniki vasitələr hazırlamaqda və satmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
APA-nın əldə etdiyi xəbərə görə, bu gün Gəncə şəhər Məhkəməsində hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən İslam Babayev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ayxan Məmmədov və Murad Məmmədova azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunub.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abutriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Ayxan Məmmədov və Murad Məmmədovla cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən İslam Babayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Ayxan Məmmədov və Murad Məmmədov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı digər cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
13:27 / 11 Noyabr 2026
1
13:19 / 11 Noyabr 2026
35
13:13 / 11 Noyabr 2026
39
12:57 / 11 Noyabr 2026
107
12:54 / 11 Noyabr 2026
96
12:48 / 11 Noyabr 2026
91
12:44 / 11 Noyabr 2026
128
12:35 / 11 Noyabr 2026
188
12:32 / 11 Noyabr 2026
99
12:29 / 11 Noyabr 2026
82
12:24 / 11 Noyabr 2026
528
12:19 / 11 Noyabr 2026
382
12:15 / 11 Noyabr 2026
103
12:09 / 11 Noyabr 2026
92
11:57 / 11 Noyabr 2026
606
11:50 / 11 Noyabr 2026
124
11:49 / 11 Noyabr 2026
197
11:43 / 11 Noyabr 2026
1159
11:34 / 11 Noyabr 2026
122
11:32 / 11 Noyabr 2026
164
11:28 / 11 Noyabr 2026
172
11:16 / 11 Noyabr 2026
344
11:13 / 11 Noyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.