Məzuniyyətə çıxanların DİQQƏTİNƏ: Yenilik tətbiq olunacaq
10 Noyabr 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
744
25.05.2026, 16:40
Vətəndaş “Topaz”da idman mərc oyunlarında iştirak edib və hər biri 500 manat olmaqla ümumilikdə 38 dəfə mərc qoyub. Nəticədə onun qazancı 76 875 manat təşkil edib. Lakin “Topaz” məbləği verməkdən imtina edib. Bu problemi vəkil Bəhruz Orucov öz rəsmi sosial hesabında qeyd edib.
Oxu24.com xəbər verir ki,mövzunu araşdırmaq üçün Ajans.az vəkil Bəhruz Orucov ilə əlaqə saxlayıb.
O bildirib ki, iddiaçı 20 may 2022-ci il tarixində rəsmi qaydada müraciət edərək, vergilər çıxıldıqdan sonra qazandığı 76 875 manat məbləğin ödənilməsini tələb edib. O bildirib ki, əks halda məhkəməyə müraciət edəcək. Daha sonra vətəndaş məhkəməyə üz tutub.
“İşə baxan rayon məhkəməsi iddianı təmin etməyərək vətəndaşın tələbini rədd edib. Bundan sonra iddiaçı daha yuxarı instansiyalara müraciət edib.”
Vəkilin sözlərinə görə, Ali Məhkəmə məsələyə münasibət bildirərək qeyd edib ki, əgər “Topaz” tərəfindən mərc kuponu qəbul olunubsa, oyun baş tutubsa və nəticələr rəsmiləşibsə, bu halda tərəflər arasında müqavilə öhdəliyi yaranır. Vətəndaş uduş əldə edibsə, “Topaz” həmin öhdəliyi yerinə yetirməlidir.
“Topaz” isə mövqeyini Nazirlər Kabinetinin 153 saylı qərarına əsaslandıraraq bildirib ki, mərc oyunlarının təşkili ilə bağlı şübhələr yarandıqda uduş ləğv edilə bilər.
Ali Məhkəmə isə vurğulayıb ki, Nazirlər Kabinetinin qərarı qanundan üstün deyil və mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərdə vətəndaşın hüquqlarını məhdudlaşdıra bilməz.
“Bundan əlavə, məhkəmə qeyd edib ki, oyunların saxtalaşdırılması ilə bağlı nə UEFA tərəfindən hər hansı qərar qəbul olunub, nə də bu məsələ ilə bağlı cinayət-prosessual qaydada hər hansı hökm mövcuddur. Bu səbəbdən şübhələr əsassız hesab edilib.”
Qeyd edilib ki, Ali Məhkəmə əvvəlki apellyasiya qərarını ləğv edərək işi yenidən baxılması üçün geri göndərib. Yenidən baxış zamanı apellyasiya məhkəməsi vətəndaşın xeyrinə qərar qəbul edib.
Həmçinin, vəkil Bəhruz Orucov açıqlayıb ki, məsələ yenidən Ali Məhkəməyə çıxarılıb və məhkəmə yekun qərarında aşağı instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayaraq iddiaçının xeyrinə qərar verib.
13:27 / 11 Noyabr 2026
1
13:19 / 11 Noyabr 2026
35
13:13 / 11 Noyabr 2026
39
12:57 / 11 Noyabr 2026
107
12:54 / 11 Noyabr 2026
96
12:48 / 11 Noyabr 2026
91
12:44 / 11 Noyabr 2026
128
12:35 / 11 Noyabr 2026
188
12:32 / 11 Noyabr 2026
99
12:29 / 11 Noyabr 2026
82
12:24 / 11 Noyabr 2026
528
12:19 / 11 Noyabr 2026
382
12:15 / 11 Noyabr 2026
103
12:09 / 11 Noyabr 2026
92
11:57 / 11 Noyabr 2026
606
11:50 / 11 Noyabr 2026
124
11:49 / 11 Noyabr 2026
197
11:43 / 11 Noyabr 2026
1159
11:34 / 11 Noyabr 2026
122
11:32 / 11 Noyabr 2026
164
11:28 / 11 Noyabr 2026
172
11:16 / 11 Noyabr 2026
344
11:13 / 11 Noyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.