Xaricdə ali təhsil almış şəxslərin peşə tanınması imtahanı keçiriləcək
27 May 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
671
29.09.2025, 22:39
Soyuqdəymə zamanı fastfud, şirniyyat və qırmızı ət zərərlidir. Bu dövrdə düzgün qidalanma xəstəliyin gedişinə birbaşa təsir edir.
Oxu24.com xəbər verir ki, bunu endokrinoloq-diyetoloq, tibb elmləri namizədi Oksana Mixaleva açıqlamasında bildirib.
"Xəstəlik zamanı orqanizm əsas gücünü virusla mübarizəyə yönəltdiyi üçün ağır yeməklərdən uzaq durmaq lazımdır.
Fastfud, yağlı və qızardılmış yeməklər, şirin qazlı içkilər, müxtəlif qəlyanaltılar, həmçinin qırmızı ət və un məmulatları bu dövrdə menyudan çıxarılmalıdır. Onları həzm etmək çətin olduğu üçün əlavə enerji sərf olunur və bərpa prosesi ləngiyir.
Əvəzində yüngül və sadə qidalar tövsiyə edilir: toyuq və ya balıq bulyonunda bişirilmiş sup, yarmalar, qaynadılmış və ya buğda hazırlanmış tərəvəzlər, pəhriz toyuq əti, azyağlı balıq, həmçinin bişmiş meyvələr. İlk günlərdə xüsusilə bulyon, sup və yarmalar orqanizmə daha rahat təsir göstərir".
Həkim vurğulayıb ki, iştaha azaldıqda belə, maye qəbuluna xüsusi diqqət yetirmək vacibdir. Bal əlavə edilmiş ilıq süd həm immuniteti dəstəkləyir, həm də susuzluğun qarşısını alır.
"Sağalmanı sürətləndirmək üçün düzgün qidalanma ilə yanaşı, kifayət qədər yuxu, otağın tez-tez havalandırılması, optimal istilik və rütubət, həmçinin yüngül gəzintilər də vacibdir. Əgər vəziyyət pisləşərsə, yəni, yüksək temperatur, güclü zəiflik və ya digər təhlükəli simptomlar yaransa həkimə müraciət etmək mütləqdir"
00:25 / 27 May 2026
68
00:19 / 27 May 2026
199
00:19 / 27 May 2026
66
00:17 / 27 May 2026
57
00:08 / 27 May 2026
148
00:01 / 27 May 2026
167
23:59 / 26 May 2026
147
23:56 / 26 May 2026
48
23:55 / 26 May 2026
46
23:48 / 26 May 2026
355
23:47 / 26 May 2026
53
23:40 / 26 May 2026
62
23:29 / 26 May 2026
177
23:27 / 26 May 2026
186
23:22 / 26 May 2026
159
23:18 / 26 May 2026
169
23:15 / 26 May 2026
69
23:13 / 26 May 2026
139
23:02 / 26 May 2026
168
22:58 / 26 May 2026
317
22:49 / 26 May 2026
67
22:45 / 26 May 2026
683
22:41 / 26 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.