Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri: Yeni təyinatlar - Adlar
16 Noyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1131
25.09.2025, 17:20
Bakı Metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması təmin ediləndən sonra qatarlar arasındakı interval minumuma endiriləcək.
Oxu24.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bunun üçün lazım olan infrastruktur layihələri həyata keçirilməlidir:
"Bunun üçün qatarların dönüb geri qayıtması üçün kameraların inşasına ehtiyac var. Qırmızı xətt üzrə "İçərişəhər" stansiyasının arxasında, yaşıl xətt üzrə hərəkət edən qatarların dönməsi üçün isə "Xətai" stansiyasından sonrakı, Bənövşəyi xəttin şərti adı "Y-15" olan stansiyada dönmə kameraları inşa ediləcək"
Qeyd edilib ki, artıq "İçərişəhər" stansiyası ilə bağlı işlərə başlanılıb:
"Bu kameralar inşa ediləndən sonra yaşıl və qırmızı xətt üzrə hərəkət edən qatarların intervalı texniki cəhətdən mümkün ən minimal hədlərə salına bilər. Qatarların dönmə kameraları inşa edilib istifadəyə veriləndən sonra qırmızı xətt üzrə hərəkət edən qatarlar arasında interval iki dəfədən çox azalaraq, 1 dəqiqə 30 saniyəyə endirilə bilər. Qeyd edək ki, hazırda pik saatlarda qeyd edilən istiqamətlərdə interval 3 dəqiqə 30 saniyə təşkil edir",-əlavə olunub.
20:34 / 16 Noyabr 2026
15
20:30 / 16 Noyabr 2026
36
20:19 / 16 Noyabr 2026
47
20:13 / 16 Noyabr 2026
107
20:07 / 16 Noyabr 2026
400
20:00 / 16 Noyabr 2026
22
19:55 / 16 Noyabr 2026
74
19:47 / 16 Noyabr 2026
73
19:40 / 16 Noyabr 2026
89
19:28 / 16 Noyabr 2026
82
19:18 / 16 Noyabr 2026
96
19:09 / 16 Noyabr 2026
107
19:05 / 16 Noyabr 2026
94
18:58 / 16 Noyabr 2026
110
18:45 / 16 Noyabr 2026
111
18:41 / 16 Noyabr 2026
109
18:35 / 16 Noyabr 2026
171
18:23 / 16 Noyabr 2026
104
18:17 / 16 Noyabr 2026
145
18:16 / 16 Noyabr 2026
101
18:05 / 16 Noyabr 2026
107
18:04 / 16 Noyabr 2026
107
17:55 / 16 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.